Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-893/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26382606 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26382606 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının suverenliyi uğrunda 2-ci Qarabağ müharibəsində şəhidi X3 həyat yoldaşıdır. X2 atası X6 xx.xx.2025-ci il tarixdə vəfat etməsi ilə bağlı şəhidin anası, mərhumun həyat yoldaşı X4 Abşeron rayonundan Salyan rayonuna aparmaq məqsədi ilə öz şəxsi **-FP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobili ilə yola çıxdılar. Ekologiya Postu adlanan ərazidə avtomobili DYP-nin əməkdaşları tərəfindən saxlanıldı. O baş vermiş hadisənin şəhid ailəsi üçün ağırlığını və onlara hüzür yerinə tələsdiklərini izah etdi. O həmçinin onlara Salyan rayonuna təcili çatması üçün, yolu sürətli sürəcəyini dedi və onlar onun avtomobilinin qeydiyyat nömrəsini götürərək Siz gedin biz tapşırarıq dedilər. Həmin vaxtı onda arxeyinlik yarandı və həqiqətən sürətli şəkildə Salyan rayonuna çatmaq üçün avtomobili sürdü. Hətda yolda qaynanası şəhid anası X7 böyük sarsıntı keçirdiyi üçün ondan tez sürməyini xahiş edirdi. Bu qeyd etdiklərinin hamısı sübuta yetirilə bilər. Hüzür yerinə çatıb başları dəfn və yas mərasiminə qarışdığı üçün o növbəti günü telefonuna baxan zaman ona çoxlu sayda cərimə gəldiyini və sürücülük hüququna məhdudiyyət qoyulmasını görüb DİN-ə müraciət etdi. DİN tərəfindən bir xeyli araşdırma aparıldıqdan sonra ona qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edildi. Təxminən 3550 manat olan cərimənin ödənilməsi tək ana üçün çox çətindir. Odur ki, onun tərəfindən qeydə alınmış qayda pozuntusunun ailə-üzvünün vəfat etməsi ilə bağlı törədilməsini nəzərə alaraq həmin cərimə barədə qəbul edilmiş qərar və protokolların ləğv edilməsini, həmçinin sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. AR DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş X5 adına yazılan xx.xx.2025-ci il tarixli, EQ26382606 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26382606 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 xx.xx.2025-ci il tarixində saat 09:24-də Bakı-Qazax yolunun 49.2-ci km Qazax istiqamətində Chevrolet Cruze minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X8 hazırda barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətməsini öz ifadəsində də təsdiq etmişdir. X1 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə gətirdiyi səbəb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətdən azad etmə üçün qeyd edilən əsaslarda göstərilməmişdir. Məhkəmədə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə və şikayətçinin ifadəsinə münasibətdə hesab edir ki, X5 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26382606 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(012)-893/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-893/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver