Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-895/2022 07.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Hüquqi şəxs olan Azərbaycan Respublikası Abşeron rayonu Novxanı Bələdiyyəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Abşeron rayonu Novxanı Bələdiyyəsi barəsində Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ DYPŞ-nin İTÜBİ-nin polis kapitanı Vüsal Qələndərov ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material qeri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq Qərara aldım: Hüquqi şəxs olan Azərbaycan Respublikası Abşeron rayonu Novxanı Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar geri qaytarılsın. Məhkəmənin hakimi:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-895/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-895/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver