Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-895/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X2 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26383553 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən X2 xx.xx.2025-ci il tarixdə Ələt- Astara yolunun 29-cu km-də Astara istiqamətində idarə etdiyi avtomobillə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələri üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə inzibati xəta hadisəsi Ələt-Astara yolunun 29-cu km-də Astara istiqamətində qeydə alınmışdır. İnzibati xətanın törədildiyi yer isə müvafiq portaldan əldə olunmuş elektron xəritəyə görə Salyan rayonunun ərazisinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətşikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İndiki halda inzibati xəta hadisəsi Salyan rayonu ərazisində törədilmiş və şikayət vermiş şəxs işə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qeyd edilən vəsatət, yənə işə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə verilmiş olsa idi belə, şikayətə baxılması yenə də Abşeron rayon Məhkəməsinə aid deyil. Belə ki, şikayətçinin qeydiyyat yeri (yaşayış yeri) Salyan rayonu ərazisindədir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 qeydiyyat yeri (yaşayış yeri) ünvan Salyan rayonu, Aşağı Noxudlu Ərazi Dairəsi, Aşağı Noxudlu kəndidir. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26383553 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-895/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-895/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver