Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-897/2020 04.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci ilin 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2020-ci il tarixdə, saat 03:20də, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində küçədə gəzərək, karantin rejimini il ərzində təkrarən pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2020ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilərək, 100 manat inzibati cərimə olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002139 №-li xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 05:30-da inzibati qaydada tutulmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, `X1 barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyi üçün materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.5-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə görə bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Məhkəməyə təqdim edilmiş MN0607022 saylı İnzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Belə ki, protokolda Şəxs İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs kimi təkrar törətməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilikdə təkrar dedikdə inzibati xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən törədilməsi nəzərdə tutulur. Həmçinin Şəxs İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh alması barədə qərar qanuni qüvvəyə minməmişdir. Şəxs barəsində xx.xx.2020-ci il tarixdə yəni, İXM-nin 211.1, 211.2-ci maddəsilə təqsirli bilinərək inzibati tənbeh olunması barədə qərar qüvvəyə minməmiş İXM-nin 211.3cü maddəsilə inzibati protokol tərtib olunmuşdur. Halbu ki, Şəxs barəsində olan xx.xx.2020-ci il tarixli qərar qanuni qüvvəyə mindikdən sonra inzibati tənbeh almış şəxs hesab edilir. Göründüyü kimi Şəxs inzibati xətanı təkrar törətməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan materiallar natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə materiallar qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 101, 109, 111, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar qaytarılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Məhkəmənin hakimi : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-897/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-897/2020
04.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver