Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-897/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cəriməni Şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəməyə ərizə ünvanlayaraq, barəsində qəbul edilmiş qərarı mübahisələndirərək, ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmiş olmasına dair sənədlər göndərərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-218/2024 saylı qərarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Şəxs tərəfindən verilmiş şikayətin təmin olunmamasına dair Abşeron rayon Məhkəməsinin 3(012)-229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İş hazırda Abşeron rayon Məhkəməsinə daxil olaraq, hakimin icraatına verilmiş və işin məhkəmə baxşı xx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin olunmuşdur. Belə olan halda xx.xx.2023-cü il tarixdə qəbul edilmiş EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın icrasının təmin edilməməsi İXM-nin 529.3 maddəsinin tərkib əlamətini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L Dİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-897/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-897/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver