Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-898/2020 04.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin Mehdiabad PB-in sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi, ev 10/2-də qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon polis idarəsinin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 19 iyun tarixli, 208 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci ilin 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2020ci il tarixdə, saat 13 radələrində, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, küçədə gəzərək, karantin rejimini pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, barəsində edilmiş şikayət ilə əlaqədar Abşeron rayon Pİ-in Mehdiabad PB-nə dəvət edilərkən, ucadan nalayiq söyüşlər söyərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizamintizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-in Mehdiabad PB-nin polis əməkdaşları ilə mübahisə etməklə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in MB-in polis əməkdaşı N.Şəkərliyev tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, küçədə gəzərək, karantin rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Bundan əlavə Abşeron rayon Pİ-in MB-in polis əməkdaşı Aslan Allahverdiyev tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, barəsində edilmiş şikayət ilə əlaqədar Abşeron rayon Pİ-in Mehdiabad PB-nə dəvət edilərkən, ucadan nalayiq söyüşlər söyərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-in Mehdiabad PB-nin polis əməkdaşları ilə mübahisə etməklə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində gəzərkən, polis əməkdaşları ona yaxınlaşaraq, respublika ərazisində qarantin rejimi ilə əlaqədar ona küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına evdən çıxmağa icazəsi olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Evdə probləri vardır. Belə ki, ruhi xəstə bacısı hər dəfə ondan əsasız şikayətlər etdiyindən hər dəfə də onu polis bölməsinə gətirib, cərimə edirlər. Maddi vəziyyəti ilə əlaqədar cərimələri ödəyə bilmir. Polis Bölməsində olarkən polis əməkdaşları yenidən bacısının şikayəti ilə əlaqədar polis bölməsinə dəvət olunduğu zaman nə səbəbə gəlmədiyini soruşduqlarına görə əsəbiləşərək, onların ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 005541 №-li xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 14:23-də inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağa tələb etməsinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirməsini inzibati xətaya görə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. ŞəxsAzərbaycan Respublikası İXM-nin 211, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələr ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 14:23-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-898/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-898/2020
04.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver