Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-898/2022 03.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M ü ə y yə n e t d i m : X1 Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 vermiş olduğu şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Qəraraaldı: Abşeron Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-898/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-898/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver