Məhkəmə qərarları › İş №3(012)-899/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-899/2020

04.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-899/2020 04.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Ağdam şəhəri, Puşkin küçəsi, ev 25-də qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 10:20-də, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən marketdə sərbəst şəkildə fərdi qoruyucu tibbi maskadan istifadə etmədən hərəkət edərək, (Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında) “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in polis əməkdaşı Səbuhi Əhmədov tərəfindən tərtib edilmiş raporta əsasən Ağdam şəhəri, Puşkin küçəsi, ev 25-də qeydiyyatda olan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən marketdə sərbəst şəkildə fərdi qoruyucu tibbi maskadan istifadə etmədən hərəkət edərək, karantin rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarxdə saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən marketdə olarkən tibbi maskadan istifadə etməmişdir. İki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək, ondan fərdi qoruyucu vasitəsindən hansı səbəbdən istifadə etmədiyini soruşmuşlar. Polis əməkdaşlarına tibbi maskası olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxstörətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar