Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-9/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi ilə X2 Bakı şəhər DYPİ-nin polis baş serjantı X1 tərtib etdiyi 18.09.2020-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n etdim: X3 Bakı şəhər DYPİ-nin polis baş serjantı X1 tərtib etdiyi 18.09.2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xətanın icraatına xitam verilməsini xahiş etmiş, məhkəmə iş üzrə sorğu verərək Bakı şəhər DYPİ-dən protokolun tərtib edilməsinə əsas olan sənədləri tələb etmiş və həmin sənədlər sorğu əsasında məhkəməyə göndərilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin polis baş serjantı X1 tərtib etdiyi 18.09.2020-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. İşə əlavə edilmiş Bakı şəhər DYPİ-nin polis baş serjantı X1 tərtib etdiyi 18.09.2020-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən o, inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş ərizədən görünür ki, X3 şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən şikayət görə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Qərara aldı: X2 Bakı şəhər DYPİ-nin polis baş serjantı X1 tərtib etdiyi 18.09.2020-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-9/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-9/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver