Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-9/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP0141148 nömrəli, 30 avqust 2023-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP0141148 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 48273.20 (qırx səkkiz min iki yüz yetmiş üç dollar 20 sent) ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 48273.20 (qırx səkkiz min iki yüz yetmiş üç dollar 20 sent) ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 bildirdi ki, Şəxs MMC sifariş ilə kənd təsərrüfatı malları gətirilir. Gömrük Komitəsi əlavə gömrük ödənişləri tələb etdiyindən malların ölkə ərazisinə gətirilmiş malların rəsmiləşdirilməsinə əlavə ödənişlər tələb edir. Halbuki, əlavə ödəniş tələb olunmamalıdır. Bu barədə gömrük bəyannamələri də mövcuddur. Yaranmış mübahisə ilə əlaqədar Şəxs MMC Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində gömrük rüsumu ödənişlərinin silinməsi barədə iddia qaldırmışdır, iddia ərizəsi hazırda həmin məhkəmənin icraatında baxılmaqdadır. Bakı Baş Gömrük İdarəsinin Mərkəzi banka bəyannamələri təqdim etməməsi həmin məhkəmə mübahisəsi ilə bağlıdır. Buna görə də o, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13002-01152 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər təqdim edilmiş müəssisələrin siyahısında Şəxs MMC-nin də adı qeyd edilmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs MMC tərəfindən 48273.20 (qırx səkkiz min iki yüz yetmiş üç dollar 20 sent) ABŞ dolları vəsaitin ödənişi xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin hesabından “X3” Bankasının hesabına xx.xx.2021-ci il tarixdə 48273.20 (qırx səkkiz min iki yüz yetmiş üç dollar 20 sent) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materillarında olan 03 sentyabr 2021-ci il tarixli, **********00258, 13 sentyabr 2023cü il tarixli, **********0991, 30 sentyabr 2021-ci tarixli, **********6924, 30 sentyabr 2021-ci tarixli, **********6924, və 30 sentyabr 2023-cü il tarixli, **********6892 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən sifariş olunan mallar tam həcmdə gətirilmişdir. Həmçinin, işin materiallarında olan məhkəmə qərarlarından görünür ki, Şəxs MMC Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində gömrük rüsumu ödənişlərinin silinməsi barədə iddia qaldırmışdır, iddia ərizəsi hazırda həmin məhkəmənin icraatında baxılmaqdadır İşə əlavə olunmuş ödəniş sənədlərinə və digər sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin hesabından “X3” Bankasının hesabına xx.xx.2021-ci il tarixdə 48273.20 (qırx səkkiz min iki yüz yetmiş üç dollar 20 sent) ABŞ dolları məbləğində vəsait köçürülmüş, iş materillarında olan 03 sentyabr 2021-ci il tarixli, **********00258, 13 sentyabr 2023-cü il tarixli, **********0991, 30 sentyabr 2021-ci tarixli, **********6924, 30 sentyabr 2021-ci tarixli, **********6924, və 30 sentyabr 2023-cü il tarixli, **********6892 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən sifariş olunan mallar gətirilmişdir. Əlavə ödəniş tələbi ilə yaranmış mübahisə ilə əlaqədar Şəxs MMC Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində gömrük rüsumu ödənişlərinin silinməsi barədə iddia qaldırmışdır, iddia ərizəsi hazırda həmin məhkəmənin icraatında baxılmaqdadır. Bakı Baş Gömrük İdarəsinin Mərkəzi banka bəyannamələri təqdim etməməsi həmin məhkəmə mübahisəsi ilə bağlıdır. Məhkəmə bunu məlum səbəblərdən əsaslı hesab edir. Odur ki, hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP0141148 nömrəli, 30 avqust 2023-cü il tarixli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-9/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-9/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver