Məhkəmə qərarları › İş №3(012)-900/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-900/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-900/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon polis idarəsinin İTŞ-in sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, ev 01, mənzil 23-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 534, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 08.06.2021-ci il tarixdə, saat 19:30-da, Abşeron rayonu Xırdalan şəhəri ərazisində mülki öhdəliklərindən yayındığına görə borclu kimi axtarışda olması ilə əlaqədar Pİ-nə dəvət edilərkən, Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin PPXB-in polis əməkdaşı Elşad Əsgərovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs 08.06.2021-ci il tarixdə, saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində heç bir əsas olmadan xüsusi geyim formasını qanunsuz olaraq üzərində daşımışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 534, 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon polis idarəsinin İTŞ-in sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-in polis əməkdaşı Elşad Əsgərov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 08.06.2021-ci il tarixdə, saat 19:30-da, Abşeron rayonu Xırdalan şəhəri ərazisində mülki öhdəliklərindən yayındığına görə borclu kimi axtarışda olması ilə əlaqədar Pİ-nə dəvət edilərkən, Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs polis idarəsində dindirilərkən onun Abşeron rayonu, Xırdalan şəhərində heç bir əsas olmadan xüsusi geyim formasını qanunsuz olaraq üzərində daşıması müəyyən edilmişdir. Həmin fakt əsasında Abşeron rayon Pİ-nin İTŞ-də araşdırma aparılmış, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 534, 535.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Pİ-də Şəxs özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nöməli hərbi hissənin sabiq qulluqçusu olmuşdur. Hərbi hissənin komandirinin 22.11.2019-cu ul tarixli əmri ilə ehtiyata buraxılmışdır. 08.06.2021-ci il tarixdə axşam saatlarında Abşeron rayon Pİ-in əməkdaşları ona yaxınlaşaraq, mülki öhdəliklərindən yayındığına görə borclu kimi axtarışda olmasını bildirərək, onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına heç bir mülki öhtəliyi olmadığını deyərək polis idarəsinə getməyəcəyini bildirmişdir. Polis idarəsində dindirilərkən onun heç bir əsas olmadan xüsusi geyim formasını qanunsuz olaraq üzərində daşıması müəyyən edilmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 26.08.2020-ci il tarixli, 7334 saylı arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01.11.2019-cu il tarixli 0849 nömrəli əmri ilə və N saylı hərbi hissənin komandirinin 22.11.2019-cu il tarixli 342 nömrəli əmri ilə ehtiyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Yasamal rayon İdarəsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 08.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 08.06.2021-ci il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 534, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, hərbi və xüsusi geyim forması müsadirə edilməklə, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 08.06.2021-ci il tarixdən, saat 20:10-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar