Məhkəmə qərarları › İş №3(012)-902/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-902/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-902/2022 11.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X9 katibliyi ilə, X1 və inzibati xəta haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin X4 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. X7 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2022-ci il tarixdə sahibliyində olan X15 MİNİK markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta törətməyi barədə protokol tərtib olunmuş və protokol əsasında ona TP ******* saylı qərar qəbul edilərək inzibati xətalar məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat cərimə tətbiq edilmişdir. Qəbul edilən qərar tam qanunsuzdur. Belə ki tərəfindən avtomobilə heç bir əlavə avadanlıq qoşulmamışdır. Belə ki, yol patrul xidmətinin əməkdaşı heç bir əsas gətirmədən qanunsuzluq edərək barəsində protokol tərtib etmişdir. Hətta ona qısa müddət ərzində avtomobilini texniki baxışdan keçirtdiyini və qanunsuz hərəkətin aşkar edilmədiyini bildirsə də o buna məhəl qoymamışdır. O, mütəxəsisin cəlb edilməsini və hər hansı bir qanunsuz avadanlığın qoşulubqoşulmamasını tələb etsə də, buna məhəl qoyulmamışdır. Artıq o, bu avtomobili eyni vəziyyətdə iki ildir idarə edir, avtomobilin qanuna uyğun olduğunu digər yol patrul xidmətinin əməkdaşları təsdiq etsə də, eyni avtomobilin əməkdaşı yəni ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən əməkdaş bunun qanunauyğun olmadığını əsas gətirir. Qərar qanunsuzdur, buna görə də həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilərlər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda xx.xx.2022-ci il tarixli inzibati xəta barədə qəran qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş hallan sübuta yetirməsi vacibdir. Buna görə də indiki halda xx.xx.2022-ci il tarixli inzibati xəta barədə qərarı qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Sonda o, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X17 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:46 radələrində Xırdalan Sumqayıt yolu 14 yolunda X15 minik markalı, 10XX455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sürücü tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmışdır. Beləliklə, Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə TP № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə xx.xx.2022-ci il tarixdə məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin X2 göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “X15” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hər hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsinin müəyyən edilməsi məqsədilə mülkiyyətçisi X5 xx.xx.2022-ci il tarixdə DİN BDYPİ-nin X2 dəvət edilməsinə baxmayaraq, o həmin avtomobilin qəzalı vəziyyətdə olmasını əsas gətirərərk nəqliyyat vasitəsini baxışa təqdim etməmiş, həmçinin "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X14 nəzarəti qaydaları barədə” Təlimatın tələblərinə müvafiq olaraq lahiyə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılığın verilməsi DİN BDYPİ-nin Avtotexniki müfəttişlik şöbəsi əməkdaşlarının vəzifə səlahiyyətlərinə aid olduğu üçün müvafiq quraşdırma işləri yalnız DİN-in Baş DYP İdarəsi tərəfindən verilmiş müvafiq sənəd əsasında həyata keçirilə bildiyini göstərmişdir. İş materiallarına əlavə olunmuş “Gold Service” in xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 2009-cu ilə məxsus 10XX455 dövlət qeydiyyat nişanlı “X15” markalı avtomobil “Gold” avtoservisdə işıq cihazlarını servis tərəfindən quraşdırma zamanı istehsalçı zavod müəyyən olunan və qanunda nəzərdə tutulmuş texniki tələblərə riayət olunmaqla quraşdırılmasını təsdiq edən sənədin təqdim olunduğu göstərilmişdir. Belə ki, iş materiallarında olan YPX İnzibati Qrup polis polkovniki leytenantı Vüqar Kərimov tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən idarə etdiyi “X15” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmışdır. Beləliklə o, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına, işin faktiki hallarına və şikayətçi tərəfindən təqdim olunmuş diskə baxış keçirilərək məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayəti əsassız olduğu üçün təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX İnzibati qrupun polis polkovnik leytenantı X6 tərəfindən tərtib olunmuş TP № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar