Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-903/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş inzibati protokolun geri qaytarılması barədə məktubu məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş protokol baxılmadan geri qaytarılmalıdır. Məhkəmə vəsatət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş Abşeron rayon Məhkəməsinin 2(012)-2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş inzibati protokol baxılmadan Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş Abşeron rayon Məhkəməsinin 2(012)-2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş inzibati protokolun baxılmadan Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-903/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-903/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver