Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-904/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Abşeron rayonu, Güzdək əhəngdaşı yatağı) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ehtiyatlarından istifadə agentliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi üzrə protokol məhkəməyə daxil olmuşdur MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Abşeron rayonu Güzdək əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasilatı aparılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ehtiyatlarından istifadə agentliyinin nümayəndəsi X2 verdiyi izahatında bildirmişdir ki, ərazi üzrə monitorinq keçirilən zaman Şəxs MMC tərəfindən Abşeron rayonu Güzdək əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasilatı aparılması faktı aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, foto şəkillər çəkilmiş, daha sonra törədilmiş inzibati xətaya görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228 maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs MMC tərəfindən tərtib edilmiş protokola imza etməkdən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMCn-in inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ehtiyatlarından istifadə agentliyi tərəfindən Şəxs MMC tərəfindən “Abşeron rayonu Güzdək əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasilatı aparılması aşkar edilərək, heç bir əsas olmadan və hər hansı bir sübut göstərmədən Şəxs MMC barəsində inzibati protokol tərtib etmişdir. Belə ki, qeyd olunan ərazidə tikinti və abadlaşdırma işləri aparmış və qabaqcadan ödənişləri olunmuşdur. Ona görə də tərtib olunan protokola narazılığını bildirərək, imza etməkdən imtina olunmuşdur. Şəxs MMC barəsində tərtib etdilən protokolda göstərilən qayda pozuntusuna yol verməmişdir. Heç bir sübut olmadığı halda nümayəndəsi olduğu Şəxs MMC barəsində inzibati protokol tərtib edilməsini və həmin protokol əsasında inzibati cərimə edilməsini əsassız hesab edir. Buna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ehtiyatlarından istifadə tərəfindən tərtib edilmiş protokol əsasında Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ehtiyatlarından istifadə agentliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 21.05.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Güzdək əhəngdaşı yatağında yerləşən Şəxs MMC ərazisində yoxlama aparılarkən həmin ərazilərdə 4,5 ha sahə misardaşı istehsalı məqsədi ilə 5 il müddətinə istifadəyə verilmiş və 18 mart 2020-ci ildə X8 Aktının qüvvədə olma müddəti bitmişdir. Buna baxmayaraq fəaliyyət davam etdirilmişdir. İlkin müşahidə zamanı 3-4 fəhlə tərəfindən mişar daşlarının **-VC-*** qeydiyyat nömrəli yük avtomobilinə yığılması və əraziyə daxil olduqda isə yük avtomobilinin ərazidən uzaqlaşması müşahidə edilmişdir. Məhkəmə 02.06.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Abşeron rayonu Güzdək əhəngdaşı yatağında karxana sahəsində faydalı qazıntı hasilatı aparılması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Protokol tərtib etmiş orqan “Şəxs MMC tərəfindən karxana sahəsində faydalı qazıntı hasilatının aparılması ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan Şəxs MMC tərəfindən inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı protokolda Abşeron rayonu Güzdək əhəngdaşı yatağında Şəxs MMC tərəfindən karxana sahəsində faydalı qazıntı hasilatı aparılması qeyd olunsa da hansı həcimdə faydalı qazıntı olması, faydalı qazıntının növü göstərilməmişdir. Təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən Şəxs MMC 10000 manat məbləğində vəsaiti 17.01.2019-cu il tarixdə, 705,44 manat məbləğində vəsaiti 14.02.2020ci il tarixdə, 302,56 manat məbləğində vəsaiti 05.02.2020-ci il tarixdə və 864 (səkkiz yüz altmış dörd) manat məbləğində vəsaiti 05 aprel 2021-ci il tarixində qabaqcadan ödəniş etməklə köçürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İlk növbədə qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman Şəxs MMC tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ehtiyatlarından istifadə agentliyi yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-904/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-904/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver