Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-904/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon Pİ-nin Saray PB-nin sahə rəisi X2 və barəsində inzibati protokol tərtib olunmuş Şəxs, onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Novxanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin həyətindən 80-90 manat dəyərində dəmir boruları gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2022-ci il tarxidə X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında açıq sahədə saxladığı, etibarnamə əsasında idarə etdiyi **-OU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi” markalı sərnişin avtobusunun salonundan ümumi dəyəri 15 manat təşkil edən avtomobil təmir alətlərin gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-nin Saray PB-nin sahə rəisi X6 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin həyətindən 80-90 manat dəyərində dəmir boruların oğurlanması və X5 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında açıq sahədə saxladığı, etibarnamə əsasında idarə etdiyi **-OU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi” markalı sərnişin avtobusunun salonundan ümumi dəyəri 15 manat təşkil edən avtomobil təmir alətlərin oğurlanması barədə şikayətlər etmişlər. Həmin şikayətlər əsasında Abşeron rayon polis idarəsinin TŞ-də araşdırma aparılmış, qeyd olunan oğurluqların Abşeron rayonu, Novxanı kəndində yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Şəxs əvvəllər də oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluqları özü törətmişdir. Buna səbəb pula ehtiyacı olması olmuşdur. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin cavan olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli, 013930 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-904/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-904/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver