Məhkəmə qərarları › İş №3(012)-907/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-907/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-907/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 3-cü Tağım YPX inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnin YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş İXP ******* saylı protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla sərxoş vəziyyətdə idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində araməsafəsi qaydasını pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prado” minik markalı, 90MY795 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurulmuş, ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.3-cü və 342.6-cı maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 3-cü Tağım YPX inspektoru X2 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 3-cü Tağım YPX inspektoru X2 bildirdi ki, Şəxs nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla sərxoş vəziyyətdə idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində araməsafəsi qaydasını pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prado” minik markalı, 90MY795 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurulmuş, ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.3-cü və 342.6-cı maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 3-cü Tağım YPX inspektoru X2 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində o, nəvəsini yıxılaraq xəsarət alması ilə əlaqədar evdən ona zəng gələrkən dostunun evində spirtli içki içməsinə baxmayaraq yola çıxmış, idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Şamaxı yolunun 25-ci km-də hərəkət edərkən mobil telefonda nömrə axtaran zaman ara məsafə saxlamayaraq qarşıda olan“Toyota Prado” minik markalı, 90MY795 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sonda o, nəvəsinin İİ Qarabağ müharibəsi və özünün isə “Çernobıl” qəzası iştirakçısı və yaşlı olmasını əsas gətirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs “Çernobıl” qəzası iştirakçısı olmasını bildirərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2718 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla sərxoş vəziyyətdə idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində araməsafəsi qaydasını pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prado” minik markalı, 90MY795 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Şəxs hərəkətinə qiymət verərkən aşağıdakı hüquq normalarına istinad edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 43-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasına görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dispozisiyasına görə, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə- əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəvəsinin İİ Qarabağ müharibəsi və özünün isə “Çernobıl” qəzası iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.3-cü və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar