Məhkəmə qərarları › İş №3(012)-908/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-908/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-908/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 19.08.2020-ci il tarixdə idarə etdiyi “KAMAZ 5511 yük” markalı, 01BF654 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 40 manat cərimə edilmişdir. Şəxs 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cəriməni ödəməmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş X1 çıxarışından görünür ki, Şəxs 24.05.2021-ci il tarixdə idarə etdiyi “KAMAZ 5511” yük markalı, 01BF654 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş X1 çıxarışından görünür ki, Şəxs 24.05.2021-ci il tarixdə idarə etdiyi “KAMAZ 5511” yük markalı, 01BF654 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş X1 çıxarışından görünür ki, Şəxs 24.05.2021-ci il tarixdə idarə etdiyi “KAMAZ 5511” yük markalı, 01BF654 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 21.01.2021-ci il tarixli qərarı almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. İşə əlavə edilmiş X1 çıxarışından görünür ki, Şəxs 21.01.2021-ci il tarixli qərara əsasən 40 manat cəriməni və 24 manat peniyanı tam olaraq ödəmişdir. İşə əlavə edilmiş, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 19.08.2020-ci il tarixli qərarı almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. İşə əlavə edilmiş X1 çıxarışından görünür ki, Şəxs 19.08.2020-ci il tarixli qərara əsasən 40 manat cəriməni və 24 manat peniyanı tam olaraq ödəmişdir. İşə əlavə edilmiş, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 17.08.2020-ci il tarixli qərarı almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. İşə əlavə edilmiş X1 çıxarışından görünür ki, Şəxs 17.08.2020 il tarixli qərara əsasən 40 manat cəriməni və 24 manat peniyanı tam olaraq ödəmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs .05.2021-ci il tarixli qərara əsasən 64 manat cəriməni tam olaraq ödəmişdir. Məhkəmədə işə baxılarkən inzibati xətanı törətmiş Şəxs oğlu 21.01.2021-ci il tarixdə, 19.08.2021-ci il tarixdə və 17.08.2021-ci il tarixdə təyin edilmiş inzibati cəriməni ödədiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 109, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar