Məhkəmə qərarları › İş №3(012)-908/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-908/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-908/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş İXM-nin 327.8 maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Oba” adlı marketin yaxınlığında piyada keçidində dayanan “Mersedes” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və həmin avtomobildə piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2023-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Kristal-Abşeron 1 istiqamətindən Xırdalan dairəsi istiqamətində öz yolunda saatda 60 km sürətlə hərəkətdə olan zaman “Oba” adlı marketin qarşısında piyada keçidində dayanan Mersedes” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili gec gördüyü üçün arxadan həmin avtomobilə çırpılmış və həmin avtomoblin idarəetmədən çıxararaq yolun sol tərəfindən sağ tərəfinə keçən təxminən 35-40 yaşlarında qadına çırpılmışdır. Sonda o, yol nəqliyyat hadisəsinin ehtiyatsızlıqdan törətdiyini əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-ci il tarixdə saat 18 radələrində işdən çıxıb evə gedən zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Oba” adlı marketin qarşısında piyada keçidindən keçmək istəyən zaman “Mersedes” markalı, 99- VT-229 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb hərəkətə başlamışdır. Həmin zaman “Toyota Prius” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxadan “Mersedes” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və həmin avtomobil idarəetmədən çıxaraq ona çırpılmış, bədəninin müxtəlif nahiyyələrindən və sol qolundan xəsarət almışdır. O, həmin vaxt yerə yıxılmış və sonradan əri gələrək onu Xırdalan poliklinikasına çatdırmışdır. Yıxılan zaman gödəkçəsinin, əl çantasının cırıldığını, əl çantasında olan planşetin şüşəsinin sındığını və ümumililkdə ona 350 manat maddi ziyan dəymişdir.Sığorta ödənişini almışdır.Hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs idarə etdiyi Toyota Prius” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Oba” adlı marketin yaxınlığında piyada keçidində dayanan “Mersedes” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və həmin avtomobildə piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 83 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ baldırın yuxarı 1/3-nin iç səthinin dizaltı nahiyəyə keçən geniş sahəli şişkinlik halında qançırı, sol diz qapağının tış səthinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığla YÜNGÜL zərər vurmaya ailddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki,10 yanvar 2023-cü il tarixdə Şəxs idarə etdiyi Toyota Prius” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Oba” adlı marketin yaxınlığında piyada keçidində dayanan “Mersedes” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və həmin avtomobildə piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün, zərərçəkən şəxsin izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəıtanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar