Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-908/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, orqanizmin funksiyasının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 06 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 may 2024-cü il tarixdə idarənin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Kristal-Abşeron yaşayış kompleksində yaşayan anasını ziyarət edib qayıdarkən kompleksin həyətində saxladığı avtomaşına yaxınlaşan PPX-nin əməkdaşları ona maşınında konstruksiya dəyişikliyinin olduğunu bildirib, onlarla bölməyə getməsini ondan tələb etmişdirlər. O, bununla razılaşmadıqda həmin yerə dövlət yol polisi əməkdaşı dəvət edilmişdir. DYP əməkdaşları həmin ünvana gəliş, nəqliyyat vasitəsində qanunsuz quraşdırılmış səs siqnalı, işıq və s. aşkar etmədikləri üçün barəsində protokol tərtib etmədən oradan getmişdirlər. O, dövlət yol polisi əməkdaşlarına və post patrul xidməti əməkdaşlarına qarşı tabesizlik və ya müqavimət göstərməmişdir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində dövlət yol patrul avtomobili ilə xidmət apararkən çağrış əsasında qeyd olunan ünvana gəlmiş, həmin ünvanda PPX əməkdaşları ilə sonradan şəxsiyyəti ona məlum olan Şəxs görmüşdür. Lakin sonuncuya məxsus nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi və ya qanunsuz quraşdırılmış səs siqnalı, işıq və s. aşkar edilməmişdir. Həmin vaxt Mahir Tanrıverdiyev tərəfindən qanunsuz hərəkətlərə yol verilməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Əsgərov Ramin və Yadigarov Hüseyn tərəfindən tərtib edilmiş 06 may 2024-cü il tarixli raportdan görünür ki, 06 may 2024-cü il tarixdə təqribən saat 13:00-da avtopatrulla xidmət apararkən Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 06 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Belə ki, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs 06 may 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-908/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-908/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver