Məhkəmə qərarları › İş №3(012)-909/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-909/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-909/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə, X1nun, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin nümayəndəsi, məsləhətçi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin 10 may 2022 tarixli MN № ******* saylı inzibati tənbeh vermə qərarından şikayət verərək bildirmək istər ki, tərtib edilmiş protokol və qəbul edilmiş qərar tam qanuna ziddir və əsassızdır. Onun adına olmayan torpaq sahəsi ilə bağlı adına yazılmış cərimə barədə qərar rəsmi qaydada ünvanına göndərildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinə etiraz(şikayət) ərizəsi yazaraq çıxarışın onun adına olmadığını və çıxarışda torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğunu, kənd təsərrüfatı təyinatlı olmadığını, verilmiş qanunsuz qərarın ləğv edilməsini tələb etmişdir. Lakin Dövlət xidməti buna məhəl qoymaraq həmin şikayətinə cavab məktubunda bunun haqqlı olduğunu bildirmişdir. Qeyd etmək istər ki, sözügedən torpaq sahəsi 2013-cü ildən çıxarışla onun həyat yoldaşı X3 adındadır. Tərtib olunan protokol və qərardan verdiyi şikayətə cavabda bildirilmişdir ki, guya o torpağı təyinatına uyğun istifadə etməmişdir. Lakin torpağın çıxarışdakı kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Ən əsası isə torpaq ümumiyyətlə onun adına deyildir. Torpaq səhəsi üzərindəki tikili isə 2015-ci ildə inşa olunmuşdur. Bütün bu qeyd edilənlərə əsasən sözügedən qərar ləğv edilməlidir. Təəssüflər olsun ki, səlahiyyətli şəxs göstərilən faktları araşdırmadan qərar qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi X6 şikayətin dəlillərini qəbul edərək şikayətinin təmin edilməsini xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, xx.xx.2022-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X8 barəsində İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmiş, protokolda X4 mülkiyyətində olan və Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilmiş, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə edilmişdir. Halbu ki, X4 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə **********107 reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Abşeron rayonu, 01 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/3636 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X5 özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 224 s nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən təyinatı dəyişdirilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 286.0 ha kənd təsərrüfat təyinatlı əkin sahəsində tikinti işləri aparmaqla torpağın münbit qatını korladığı aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Abşeron rayonu, 01 saylı notariat kontorunda təsdiq edilmiş torpaq sahəsinin bağışlanma xx.xx.2014-cü il tarixli müqaviləsindən görünür ki, X4 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixli 4Ə/3636 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X5 özgəninkiləşdirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 3.0.95-ci bəndinə əsasən Komitə strukturuna daxil olan qurumlar vasitəsilə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, 3.0.96-cı bəndinə əsasən isə strukturuna daxil olan qurum vasitəsilə mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında protokolun X8 barəsində başlanılmasının səbəbi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev inşa edilməklə əsaslı tikinti işləri aparılması və yerin X4 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində olması ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayındəsi həmin ərazidə yerləşən həmin torpaq sahəsinin X7 məxsus olmadığını, ona məxsus torpaq sahəsinin xx.xx.2013-cü il tarixli 4Ə/3636 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X5 özgəninkiləşdirildiyini, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 224 s nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən təyinatının dəyişdirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X4 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar