Məhkəmə qərarları › İş №3(012)-910/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-910/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-910/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Xüsusi Tağım Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Xüsusi Tağım Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, LAND ROVER DEFENDER markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta törətməyi barədə protokol tərtib olunmuş və protokol əsasında ona TP ******* saylı qərar qəbul edilərək inzibati xətalar məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat cərimə tətbiq edilmişdir. Qeyd edir ki onu saxlayaraq barəsində heç bir protokol tərtib edilməmiş, hətta qeyd etdiyi qərarın qəbul edilməsi barədə ona məlumat verilməmişdir. Başqa qərarla bağlı X4 İdarəsinə yaxınlaşanda (xx.xx.2022-ci il tarixində) ona məlum olmuşdur ki, barəsində xx.xx.2021-ci il tarixində inzibati xətanın törədilməsi və cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Qəbul edilən qərar tam qanunsuzdur. Belə ki, tərəfindən avtomobilə heç bir əlavə avadanlıq qoşulmamışdır. Yol patrul xidmətinin əməkdaşı heç bir əsas gətirmədən qanunsuzluq edərək onun xəbəri və iştirakı olmadan barəsində protokol tərtib etmişdir. Ona görə də Xüsusi Tağım Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Şikayətçiyə və qərarından şikayət verilmiş orqana dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Xüsusi Tağım Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə saat 15:52-də LAND ROVER DEFENDER markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi yolu Məhəllə 1287, 4-də idarə edərkən normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirdiyinə görə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanuna 1 saylı Əlavənin İİİ hissəsinə əsasən xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə saat 15:52-də LAND ROVER DEFENDER markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi yolu Məhəllə 1287, 4-də idarə edərkən normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirdiyinə görə barəsində xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Xüsusi Tağım Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə, qeyd olunan inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. X2 qərardan verdiyi şikayətində protokolun qanunsuz tərtib olunduğunu və şikayətin əsassız olduğunu göstərsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısına daxildir. Hansı ki, X2 həmin avadanlığı quraşdırmaqla normativ tələbləri, yol hərəkəti haqqında qanunun və inzibati xətalar qanunvericiliyinin tələblərini pozmuşdur, onun şikayətində irəli sürülən dəlillər mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan dilinin izahlı lüğətində avadanlıq dedikdə - təchizat və ləvazimat, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Xüsusi Tağım Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Xüsusi Tağım Yol Patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar