Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-913/2020 14.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X5 barəsində AR DİN BDYPİ 4-cü taqım yol inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində AR DİN BDYPİ 4-cü taqım yol inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X5 şikayətini onunla əsaslandırdı ki, o, əmək müqaviləsi ilə "xxxxxxxxxxxxxx" MMC-də işləyir, xx.xx.2020-ci il tarixdə "Jiquli” markalı, ** NK *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Bakı-Quba Rusiya sərhədi yolunun 52-ci kmdə hərəkətdə olarkən 1-ci karantin postunda dövlət yol patrul xidmətinin əməkdaşı onu saxlayıb sərbəst hərəkət etmək icazəsinin olub-olmadığını yoxlamış, o, işlədiyi "xxxxxxxxxxxxxx" MMC tərəfindən sərbəst hərəkəti barədə etməyinə imkan verən icazə sənədini təqdim etmiş, daha sonra o, sərbəst hərəkət etmək üçün icazə sənədi ilə yanaşı ezamiyyə vərəqəsinin də olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 saylı qərarında icazə verilən fəaliyyətlər üzrə sadəcə icazə.egov.az portalında qeydiyyatdan keçmə tələb olunur və bu qərarda icazə sənədi ilə yanaşı ezamiyyə vərəqəsinin alınması nəzərdə tutulmur, bununla belə Nazirlər Kabinetinin adı çəkilən qərarında nəzərdə tutulmasa da, onun xx.xx.2020-ci il tarixdən 30 günlük ezamiyyə vərəqəsi var, lakin hazırda üzərində olmadığını, lakin yarım saata gətirib təqdim edə biləcəyini demiş, lakin dövlət yol polisinin əməkdaşı bütün bunlara əhəmiyyət verməmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1.-ci maddəsi ilə inzibati tənbeh vermə barədə protokola əsasən onu 100 (bir yüz) manat cərimə olunmuş, bu barədə elektron bildiriş onun mobil telefonuna göndərilmiş, o, buna etiraz edərək həmin MMC-də əmək müqaviləsi ilə işləyərək ölkə üzrə yol tikintisi ilə məşğul olduğunu, bu fəaliyyət xüsusi karantin rejimində icazə verilən fəaliyyətlərdən olduğunu, həmin MMC-nin ona verdiyi icazə sənədi elektron icazələr portalında yerləşdirildiyini və NK-nın qərarında icazə sənədi ilə yanaşı ezamiyyə vərəqəsinin olması tələb olunmadığını bildirmiş, həmçinin o, dövlət yol polisi əməkdaşından protokolun nüsxəsinin ona təqdim edilməsini tələb etsə də, protokolu ona təqdim etməmişdir. Sonda o, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə AR DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, AR DİN BDYPİ İV X10 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X5Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azyol-tikinti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 06/20 saylı ezamiyyə vərəqəsindən görünür ki, o, həqiqətən Azyol-tikinti MMC-də əmək müqaviləsi üzrə çalışır. Ölkə ərazisində görüləcək yol tikintisi işləri ilə əlaqədar 30 günlük ezamiyyə göndərilir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, X2 məxsus xx.xx.2020-ci il tarixli 30 gün müddətinə ezamiyyə vərəqinin müvcud olmasına baxmayaraq onun barəsində xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında əsassız protokol tərtib olunmuşdur Məhkəmə belə hesab edir ki, AR DİN BDYPİ V X10 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP 381179 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair AR DİN BDYPİ İV X10 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-913/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-913/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver