Məhkəmə qərarları › İş №3(012)-914/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-914/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-914/2020 17.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə Şikayət verən şəxs Səfərov Rövşən Sənan oğlu və Baş Dövlət X6 nümayəndəsi X1 iştirakları ilə, Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X2 tərəfindən qəbul edilmiş EQ ******* saylı qərarından Səfərov Rövşən Sənan oğlunun şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdim: Səfərov Rövşən Sənan oğlu şikayət ərizəsi ilə Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin EQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Səfərov Rövşən Sənan oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 01 CB-099 dövlət qeydiyyat nişanlı ««Opel Combo»» yük markalı nəqliyyat vasitəsilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkət edən zaman həmin prospektin Səməd Vurğun küçəsi ilə kəsişən hissəsində videomüşahidə vasitələrinin qeydə aldığı videoyazı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunmuşdur. Lakin inzibati xəta üzrə qəbul edilmiş qərarda hansı yol hərəkəti qaydasını pozduğu konkret olaraq göstərilməmişdi. Ona görə də xahiş edir ki, EQ ******* inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Şikayətçi Səfərov Rövşən Sənan oğluna məhkəmə prosesinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş, telefonla əlaqə saxlanıldıqda isə səbəbini göstərmədən gəlməyəcəyini bildimişdir. Baş Dövlət X6 nümayəndəsi X3 çıxış etməklə bildirdi ki, Səfərov Rövşən Sənan oğlu xx.xx.2020-ci il tarixində idarə etdiyi “««Opel Combo»»” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Gəncə şəhəri, Ş.İ. Xətai prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində hərəkətdə olarkən AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq, “yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi səbəbindən barəsində EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilmişdir. Səfərov Rövşən Sənan oğlu Abşeron məhkəməsinə şikayət ərizəsi ilə müraciət onun barəsində tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərardan şikayət etmiş və EQ ******* elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, şikayətçi Səfərov Rövşən Sənan oğlu xx.xx.2020-ci il tarixində idarə etdiyi “««Opel Combo»»” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində hərəkətdə olarkən işıqforun hərəkəti qadağan edən işığında işıqforun qarşısında gözləməyib, hərəkəti məhdudlaşdıran xətti idarə etdiyi yuxarıda göstərilən «Opel Combo» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə keçmişdir. Bu səbəbdən də AR İXM-nin 327.1 maddəsinə əsasən Səfərov Rövşən Sənan oğlunun barəsində EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilmişdir. Qəbul edilmiş EQ ******* nömrəli elektron qərar AR qanunvericiliyinə tam uyğun şəkildə tərtib edilmişdir. İnzibati xətaya dair xüsusi texniki vasitələr ilə qeydə alınmış videogörüntü iş materiallarına əlavə edilmişdir. Yuxarıdakıları nəzərə alaraq Sizdən xahiş edirəm ki, Səfərov Rövşən Sənan oğlunun barəsində tərtib edilmiş EQ ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbehvermə haqqında elektron qərar Azərbaycan Respublikasının qanunvericiliyə tam uyğun şəkildə tərtib olunduğundan Səfərov Rövşən Sənan oğlunun sözügedən qərardan verdiyi şikayəti təmin Səfərov Rövşən Sənan oğlu tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Baş Dövlət X6 inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, sözügedən qərarlarla bağlı Rövşən Səfərov qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, “ASAN ödəniş” sistemi vasitəsi ilə ona rəsmi qaydada məlumat verilmişdir. Ona görə də hesab edir ki, Baş Dövlət X6 inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən Səfərov Rövşən Sənan oğlunun şikayəti əsassızdır və təmin edilməməlidir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin İXM-nin 327.1-ci maddəsinə əsasən,Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarında olan EQ ******* saylı qərardan görünür ki, Səfərov Rövşən Sənan oğlu 01 CB-099 dövlət qeydiyyat nişanlı «Opel Combo» yük markalı nəqliyyat vasitəsilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkət edən zaman xx.xx.2020-ci il tarixdə saat 14.14 dəqiqədə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı inzibati xətanı əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Səfərov Rövşən Sənan oğlu xx.xx.2020-ci il tarixdə saat 14.14 dəqiqədə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində yəni, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində hərəkətdə olarkən işıqforun hərəkəti qadağan edən işığında işıqforun qarşısında gözləməyib, hərəkəti məhdudlaşdıran xətti idarə etdiyi yuxarıda göstərilən «Opel Combo» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə keçmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 1.7 və 1.9-cu bəndlərinə əsasən yolun hərəkət hissəsi-yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər);piyada keçidi isə yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Səfərov Rövşən Sənan oğlu inzibati qərardan şikayətini inzibati xəta üzrə qəbul edilmiş qərarda hansı yol hərəkəti qaydasını pozduğunun konkret olaraq göstərilməməsi ilə əsaslandırılmışdır. Lakin iş materiallarında olan videogörüntü və sənədlərdən inzibati xətanın mahiyyəti görünür və bu şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Səfərov Rövşən Sənan oğlu Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat inzibati cərimə tətbiq edilməsinə dair EQ ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı m: Səfərov Rövşən Sənan oğlu Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat inzibati cərimə tətbiq edilməsinə dair Baş Dövlət X6 EQ ******* saylı qərardan verilmiş şikayəti əsassız olduğundan təmin edilməsin. Baş Dövlət X6 EQ ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar