Məhkəmə qərarları › İş №3(012)-915/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-915/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-915/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X20 katibliyi, Şikayət verən X9 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 Abşeron RİH Aparatının hüquq şöbəsinin müdiri X10 xx xxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə xx xxxxxx 2020-cu il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X21 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsinin X14 X6 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X21 bildirdi ki, Abşeron rayonu X14 X7 xx.xx.2020ci tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar heç bir maddi və ya prosessual norma ilə əsaslandırılmasa da qərarın çıxarılması üçün əsas olmuş İXP3167865 saylı, xx.xx.2020-ci il tarixli protokolda qeyd edilib ki, guya o, Mitsubshi Pajero minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmağına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yuxarıda qeyd etdiyi İXM-nin maddələrini pozmuşdur. O qeyd edilənlərlə qəti razı deyildir. Həmin an baş vermiş hadisə ilə bağlı çaşqınlıq vəziyyətinə olmuşdur. Baş verənləri və ona qarşı tərtib edilən bu qərarı anlaya bilməmişdir. Ona məxsus avtomobil digər avtomobil ilə toqquşmuşdur. Lakin hadisə belə olmamışdır. Bunu sübut etmək üçün videogörüntülər də vardır. Məhkəmə prosessi zamanı həmin görüntülər tələb olunarsa, hər şeyin şahidi olarsınız. Hadisənin necə baş verməsi barədə sxema da var. Açıq-aşkar bəlli olur ki, həmin hadisədə onun heç bir günahım yoxdur. Belə ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyim Mitsubshi Pajero minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Abşeron rayonu, Xırdalan şəhəri “Nazlı” Petrol adlanan yerin qarşısında sol tərəfdən gələn avtomaşınların hərəkətinə yox, sağ tərəfdən, yəni Quşçuluq yaşayış massivinə tərəf saatda 30 km surətlə döngə əməliyyatını yerinə yetirən zaman Xırdalan dairəsi istiqamətində hərəkətdə olan Kia Optima markalı avtomaşının yolun sol əkis istiqamətinə çıxdığını görmüş və o, hərəkətini davam etdirməyə başlamışdır. Məhkəmədən Abşeron Rayon Polis İdarəsinin X14 X6 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron RPİ-nin YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan X21 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6 maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə xx xxxx 2020-ci il tarixli sorğu əsasında Abşeron rayon Polis İdarəsindən TŞnin təhqiqatçısı, polis kapitanı X2 X8 müraciəti əsasında toplanmış HK-1/1487 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialı nəzərdən keçirdi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X18 xx.xx.2020-ci il tarixdə DİN-in «102» xidməti- zəng mərkəzinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Nazlı- Petrol» YDM-nin yaxınlığında «Mitsubishi» markalı avtomobilin qəza şəraiti yaradaraq onun idarə etdiyi «Kia-Optima» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili və qarşı tərəfdə olan «Hyundai» markalı, **-MG-*** d.q.n avtomobili vurması, daha sonra isə hadisə yerindən yayınması, eləcə də baş vermiş qəza zamanı xəsarət alan şəxslərin olması barədə məlumat vermişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Xırdalan TTYS-dan Abşeron RPİ-nin növbətçi hissəsinə, Xırdalan şəhəri «Nazlı-Petrol» YDM-nin yaxınlığında baş vermiş avtoqəza zamanı X3 «bel nahiyəsinin əziyi» xəsarəti alaraq təcili-tibbi yardım xidmətinə müraciət etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Abşeron rayonu «Gənclər Şəhərciyi» y/k blok 36 mənzil 24-də yaşayan X11 xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə müraciət edərək xx.xx.2020ci il tarixdə Xırdalan şəhərində baş vermiş məlum yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı təqsirkar sürücü barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Alınmış məlumat əsasında yol-nəqliyyat hadisəsi iştirakçılarının izahatları alınmış, hadisə yerinə baxış keçirilərək müvafiq qaydada protokol tərtib olunmuş, ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər edilmişdir. Baxış zamanı yaxınlıqdakı ticarət obyektinə məxsus nəzarətmüşahidə kamerasından məlum yol - nəqliyyat hadisəsinin videogörüntüləri də diskə köçürülərək götürülmüş və baxış protokoluna əlavə edilmişdir. İzahatı alınmış X18 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi «Kia Optima» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri H.Əliyev prospekti ilə dairədən Xırdalan şəhəri istiqamətinə doğru saatda 40-50 km sürətlə hərəkətdə olan zaman «Nazlı Petrol» YDM-nin yaxınlığında dövlət qeydiyyat nişanını görə bilmədiyi «Mistubishi Pajero» markalı avtomobil köməkçi yoldan qəflətən onun qarşısına çıxmış, o isə toqquşmanın qarşısını almaq məqsədilə əyləci basıb sükanı sola tərəf çəkmişdir. Nəticədə onun idarə etdiyi avtomobilə ks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı etməkdə olan «Hyundai Accent» markalı avtomobillə toqquşmuşdur. «Hyundai» markalı avtomaşın isə zərbənin təsirindən idarəetməni itirərək ilk əvvəl eyni zolaqda hərəkətdə olan «Vaz-2104» markalı avtomobilə dəymişdir. Buna baxmayaraq «Mitsubishi-Pajero» markalı avtomaşın hərəkətini dayandırmadan hadisə yerindən uzaqlaşıb getmişdir. O, əlavə olaraq məlum yol-nəqliyyat hadisəsi baş verən zaman onun avtomobilində sərnişin, yük və ya nasazlıq olmadığını bildirmiş, həmçinin həmin vaxt avtomobilinin zədələnməsi nəticəsində ona maddi ziyan dəysə də hər hansı bir bədən xəsarəti almadığını da qeyd etmişdir. İzahatı alınmış X12 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətinə doğru saatda 50 km sürətlə hərəkətdə olan zaman «Nazlı-Pertol» YDM-nin yaxınlığında əks istiqamətdə hərəkətdə olan «Kia Optima» markalı avtomobil qəflətən onun yoluna çıxmış və nəticədə hər iki maşın qarşıqarşıya olmaqla toqquşmuşdur. Zərbənin təsirindən o, idarəetməni itirmiş və ilk əvvəl onun idarə etdiyi nəqliyyat vasitəsinin arxa tərəfi «Vaz-2104» markalı avtomaşına dəymiş, daha sonra isə yol kənarında olan səkiyə çırpılaraq dayanmışdır. Baş vermiş qəza zamanı o, bel nahiyəsində xəsarət almışdır. O, əlavə olaraq hadisə zamanı avtomobilində sərnişin, yük və hər hansı bir nasazlıq olmadığını, eləcə də spirtli içki qəbul etmədiyini də qeyd etmişdir. İzahatı alınmış X22 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi «Vaz-2104» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində doğru saatda 40 km sürətlə hərəkətdə olan zaman «Hyundai Accent» markalı avtomobil onu ötmə əməliyyatı etməyə başlamış və «Nazlı Petrol» YDM-nin yaxınlığında əks istiqamətdən gələn «Kia» markalı avtomobil «Hyundai» markalı maşını vurmuşdur. Nəticədə «Hyundai» markalı avtomobil idarəetməni itirərək ilk əvvəl arxa tərəfi ilə onun idarə etdiyi nəqliyyat vasitəsinə dəymişdir. O, əlavə olaraq hadisə baş verməzdən öncə avtomobilində sərnişin, yük və ya nasazlıq olmadığını bildirmiş, həmçinin məlu qəza zamanı avtomobili zədələnsə də özünün hər hansı bir xəsarət almadığını qeyd etmişdir. İzahatı alınmış X21 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində yol vərəqəsi əsasında idarə etdiyi «Mitsubishi Pajero» markalı, 99- UA-048 d.q.n avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Nazlı- Petrol» YDM-nin yaxınlığında köməkçi yoldan əsas yola çıxıb Xırdalan şəhəri istiqamətinə dönən zaman soldan gələn avtomobillərə fikir verməmiş və nəticədə Xırdalan dairəsi istiqamətinə doğru hərəkətdə olan «Kia» markalı avtomobili bilmədən əks istiqamətə doğru sıxmışdır. Lakin orada yol-nəqliyyat hadisəsinin baş verdiyini görmədiyindən o, hərəkətini davam etdirərək hadisə yerindən uzaqlaşmışdır. O, əlavə olaraq həmin vaxt avtomobilində sərnişin, yük və ya hər hansı bir nasazlıq olmadığını, həmçinin həmin vaxt spirtli içki qəbul etmədiyini də qeyd etmişdir. «xxxxxxxxxx» ASC-nin X1 avtoeksperti X15 tərtib etdiyi ziyan aktından görünür ki, «Kia Optima» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ümumilikdə 3685 (üç min altı yüz səksən beş) manat təşkil edir. Araşdırma zamanı məlum yol-nəqliyyat hadisəsinin iştirakçıları olmuş sürücülərin hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun tələblərinə uyğunsuzluğun, eləcə də həmin sürücülərin hadisəsinin qarşısm almağa texniki imkanlarının olub-olmamasını müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/182 nömrəli rəyindən görünür ki, ekspert Hikmət İbişov məlum yol-nəqliyyat hadisəsinin tədqiqi yekununda aşağıdakı nəticəyə gəlmişdir - «Mitsubishi Pajero» markalı, **-UA-*** d.q.n avtomobilin sürücüsü X16 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yarana anda «Kia Optima» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23.2 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X8 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə:- «Hyundai Accent» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31.8 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X4 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda«Hyundai Accent» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31.8 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X4 toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda «Vaz-2104» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X17 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda «Vaz-2104» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X17 toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasın Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020- ci il tarixli 436 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X17 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 437 nömrəli rəyindən görünür ki, 1953-cü il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sağ said nahiyəsinin sıyrığı bərk-küt əşya təsirindən törənmişdir; törənmə müddəti müayinədən bir günə qədər vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir; sağlamlığa zərər vurmayan xəsarət oluduğu üçün dərəcəsi təyinedilmir. MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 438 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X8 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hanıs bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2/2397 nömrəli aktından görünür ki, X8 müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2/2399 nömrəli aktından görünür ki, X4 müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir) tələbləri pozmaqla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (manevr etmə qaydalarını pozma), hadisə yerindən yayınmaqla isə həmin Məcəllənin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) törətmişdir. Lakin araşdırma zamanı izahatı alınmış Tural Eyyublu köməkçi yoldan baş yola nəqliyyat vasitələrini gözləmədən çıxdığını etiraf etsə də, onun bu xətası üzündən yol-nəqliyyat hadisəsi baş verdiyini görmədiyi üçün hərəkətini davam etdirib oradan uzaqlaşdığını bildirməklə özünü müdafiə mövqeyi tutmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, «JCia-Optima» markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8, «Hyundai Accent» markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 və «Vaz-2104» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X17 hərəkətlərində isə, təhlükənin yarandığı andan toqquşma yerinə qədər olan məsafə hadisənin qarşısını almaq üçün kifayət etmədiyindən və bu səbəbdən adları qeyd olunan sürücülərin qəzadan yayınmaq üçün texniki imkanları olmadığından hər hansı bir inzibati xətanın tərkib əlamətləri yaranmamışdır. Odur ki, məlum yol-nəqliyyat iştirakçıları olmuş şəxslərin əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, həmçinin X16 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ- nin DYPŞ-nə göndərilmiş, sözügedən qəza zamanı avtomobillərinin zədələnməsi nəticəsində onlara dəymiş maddi ziyanla əlaqədar gələcəkdə tələbləri olacağı təqdirdə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması X5, X19 və X13 izah edilmişdir. Məhkəmə zamanı həmçinin müəyyən edildi ki, şikayətçi X21 təhqiqatçıya verdiyi izahatında xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində yol vərəqəsi əsasında idarə etdiyi «Mitsubishi Pajero» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Nazlı- Petrol» YDM-nin yaxınlığında köməkçi yoldan əsas yola çıxıb Xırdalan şəhəri istiqamətinə dönən zaman soldan gələn avtomobillərə fikir vermədiyini, nəticədə Xırdalan dairəsi istiqamətinə doğru hərəkətdə olan «Kia» markalı avtomobili bilmədən əks istiqamətə doğru sıxdığını, lakin orada yol-nəqliyyat hadisəsinin baş verdiyini görmədiyindən hərəkətini davam etdirərək hadisə yerindən uzaqlaşdığını bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X21 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6 maddələrinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X21 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X21 tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsinin X14 X6 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X16 Abşeron rayon Polis İdarəsinin X14 X6 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar