Məhkəmə qərarları › İş №3(012)-916/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-916/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-916/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X3, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis baş leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayonu, Lahıc kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10.06.2021-ci il tarixdə saat 00:20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafedə olmaqla karantin rejimini pozduğuna görə Abşeron Rayon Polis İdarəsinə dəvət olunarkən polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir Şəxs 10.06.2021-ci il tarixdə saat 00:20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafedə olmaqla karantin rejimini pozduğuna görə Abşeron Rayon Polis İdarəsinə dəvət olunarkən polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon polis idarəsinin sahə rəisi polis baş leytenantı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in polis əməkdaşı Asəf Abbasov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs barəsində 10.06.2021-ci il tarixdə, saat 00:20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafedə olmaqla karantin rejimini pozmuşdur. Şəxs Abşeon RPİ-nə gətirən zaman polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin fakt əsasında Abşeron rayon Pİ-də araşdırma aparılmış, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Protokol tərtib edərkən Şəxs özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zaqatala rayonu, Lahıc kəndində yaşayır. Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafedə olmaqla karantin rejimini pozmuşdur. Polis əməkdaşının sözlərinə məhəl qoymayıb və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 10.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 10.06.2021-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin döddə birindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı törətməsini, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 211.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 10.06.2021-ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar