Məhkəmə qərarları › İş №3(012)-917/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-917/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-917/2022 03.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X14 katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X2 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan torpaq sahəsini istifadə etmədiyi üçün bacısı oğlu olan Vətən müharibəsi iştirakçısı olan X7 yeni ailə həyatı qurduğundan və onların yaşamaq üçün mənzilləri olmadığından həmin torpaq sahəsində ev tikmək üçün toıpaq sahəsini onlara vermişdir, Onlarda həmin torpaq sahəsində ev tikərək yaşayırlar. Qeyd edim ki, X7 27 sentyabr 2020-ci il tarixdə başlayan və 10 noyabr 2020-ci il tarixədək davam edən, Şanlı qələbəmizlə başa çatan Vətən müharibəsi iştirakçısıdır. O, Xocavəndin, Cəbrayıl və Fizulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandan tərəfin həmin rayonların azad olunması medalları verilmişdir. Həmin medalların verilməsi president.az saytında yerləşdirilmişdir və eyni zamanda həmin fakt X4 hərbi biletində qeyd olunmuşdur. X7 877 nömrəli Hərbi Hissə komandirinin xx.xx.2021 -ci il tarixli qərarı ilə ona 44 günlük Vətən müharibəsində FƏA1 iştirak etməsi səbəbindən Fəxri fərmanla təltif olunmuşdur. Qeyd olunan torpaq sahəsində tikilmiş evin ona deyil, X7 tərəfindən tikildiyi barədə qonşuluqda yaşayan şəxslər tərəfindən tərtib olunmuş akt da öz təsdiqini tapmışdır. Bundan əlavə onuda qeyd edir ki, X7 və o, heç bir yerdə işləmirəm yeganə gəlir X5 müharibə iştirakçısı kimi verilən 80 manat Prezident təqaüdüdür ki, o məbləğdə onun maddi ehtiyacları belə qarşılaya bilmir. 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi İdarəsinin dövlət müfəttişi X8 tərəfindən əraziyə baxış keçirərkən guya torpaq sahəsinin münbitliyinin pozulması səbəbi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2022-ci il tarixdə mənə MN ******* nömrəli qərar əsasında mənə AR-nın İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə baxış keçirilməsi barədə nə ona, nədə ki torpaq sahəsi üzərində tikilmiş evdə yaşayan şəxslərdən iştirak etməmiş, baxışın nəticəsi olaraq əməkdaş tərəfindən hər hansı protokol və ya arayış tərtib olunmamış və müvafiq protokol bizə tanış edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi İdarəsinin müfəttişi tərəfindən onun barəsində təıtib edilmiş ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol yaşadığı ərazidə tərtib olunmamış, baxış keçirilən zaman AR- nın İXM-nin 244.2-ci maddənin tələblərinin pozulması barədə onlara heç bir məlumat verilməmiş və protokola imza edilməmişdir. Qeyd olunan cərimə ilə bağlı məlumatı onlara Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin əməkdaşları icra şöbəsinə dəvət edən zaman ona məlumat verilmişdir ki, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında əraziyə baxış keçirilərək güya torpaq sahəsinin münbitliyini pozduğu üçün inzibati orqan tərəfindən AR- nın İXM-nin 244.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında qərar tərtib edilərək 600 manat cərimə yazılmışdır. AR İXM-nin 244.2-ci maddəsinin şərhi mənası torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulması və ya torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması kimi qeyd olunsa da, lakin inzibati orqan onların həmin torpaq sahəsində ev tikdiyi əsası ilə torpaq sahəsinin münbitliyinin pozulması kimi göstərərək onları qanunsuz və əsassız olaraq 600 manat məbləğində cərimə etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşı tərəfindən hərbi hissədə yanğın təhlükəsizliyinə baxış keçirilərkən hər hansı bir nöqsan göstərilməməsi, həmçinin protokol və ya arayış tərtib olunaraq müvafiq vəzifəli şəxslərə tanış edilməməsi inzibati hadisəsinin və inzibati xəta tərkibinin olmamasına əsasdır.Sonda o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektor müdiri X20 bildirdi ki, X1 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.0315 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etdirmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi X6 ünvanına bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə şikayətçi X6 iştirakı olmadan baxmağı mümkün hesab edir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki inzibati işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.0315 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etdirdiyi üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX №1175881 saylı çıxarışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.0315 ha kənd təsərrüfatı təyinatlı torpaq X6 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən X9 məxsus torpaq sahəsi üzərində tikilən ev onun bacısı oğlu X10 tərəfindən tikilmiş və onun faktiki olaraq onun istifadəsindədir. İş materiallarında olan fəxri fərmandan görünür ki, X10 “Vətən müharibəsi”ndə fəal iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.0315 ha kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X12 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 244.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.-ci bəndinə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.0315 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan tikinti işlərinin aparılmasını yolverilməz hesab edir və torpağın kateqoriyası dəyişdirildikdən sonra orada hər hansı tikinti işlərinin aparılması mümkün ola bilər. Buna görə də X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə şikayəti təmin edilməməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN 1296117saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar