Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-920/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Zaqatala rayonu, Lahic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Zaqatala rayonu, Lahic kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10.06.2021-ci il tarixdə saat 00:20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafedə olmaqla karantin rejimini pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X4 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Asəf Abbasovun tərtib edilmiş raporta əsasən Zaqatala rayonu, Lahic kəndində yaşayan Şəxs karantin rejiminin tətbiqi zamanı 10.06.2021-ci il tarixdə saat 00:20 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafesində olmuşdur. Bununla da koronovirus epidemiyası ilə əlaqədar karantin rejiminin qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 10.06.2021-ci il tarixdə saat 00:20 radələrində radələrində Xırdalan şəhəri ərazisində yerləşən “New York” adlanan kafesində olmuşdur. Kafedə ondan başqa bir neçə şəxs də olmuşdur. Həmin vaxt polis əməkdaşları kafeyə daxil olaraq özlərini təqdim etmiş və karantin qaydalarını pozduğuna görə onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Daha sonra barəsində protokol tərtib olunmuşdur. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-920/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-920/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver