Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-921/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, Qalubiyyə küçəsində Şəxs idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 km/sürətlə “Heydər Əliyev” adına park istiqamətində hərəkətdə olarkən Abşeron rayon Məhkəməsindən bir qədər irəlidə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, **-DY-*** dövlət qeydiyyat nişanlı "Hyundai Sanata" markalı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Xırdalan şəhəri, Abşeron rayon Məhkəməsinin qarşısında sözü gedən avtomobili ilə saatda 30-40 km/sürətlə Heydər Əliyev parkı istiqamətinə hərəkətdə olarkən təxminən 12-13 yaşlı qız uşağı iri addımlarla yolu keçmək istəyərkən onu görmüş və əyləci bassa da, həmin piyada onun idarə etdiyi avtomaşının sol tərəfinə çırpılaraq yerə yıxılmışdır. Dərhal avtomobilini saxlayıb qıza yaxınlaşmış və həmin uşaq ona heç bir xəsarət almadığını, evə getmək istədiyini bildirmişdir. Buna baxmayaraq onu yerdən qaldırıb avtomobilinə əyləşdirmiş və əvvəlcə Xırdalan poliklinikasına aparmışdır. Poliklinika bağlı olduğundan aptekdən nəm salfet və spirt alaraq onun sifətini silmişdir. Bundan sonra onu maşınına əyləşdirib yaşadığı evlərinə aparmışdır. Avtomobildə həmin qız ona anasına onu maşın vurmadığını və yerə yıxılaraq xəsarət aldığını deməyini xahiş etmişdir. O, da həmin qızı Xırdalan şəhərində yaşadığı ünvana aparıb anasına təhvil verərkən dediyi kimi yıxılıb xəsarət aldığını bildrmişdir. Daha sonra, ona məlum olmuşdur ki, atası onun barəsində şikayət etmişdir. Avtomobili idarə edərkən spirtli içki qəbul etmədiyini, avtomobili yüksüz və nasazaz vəziyyətdə olmadığını, hadisə zamanı heç bir xəsarət almadığını göstərmişdir. Sonda o, yol nəqliyyat hadisəsinin ehtiyatsızlıqdan törətdiyini əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4cü maddələrinə əsasən işə tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, Qalubiyyə küçəsində Şəxs idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 km/sürətlə “Heydər Əliyev” adına park istiqamətində hərəkətdə olarkən Abşeron rayon Məhkəməsindən bir qədər irəlidə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixdə verilmiş 2971 nömrəli rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər burun nahiyəsinin burun sümüyünün natamam sınığı ilə müşayiət olunan qançır- şişkinliyi və sıyrığı hər iki diz oynağı nahiyəsinin, çənə, çənəaltı, sol qalça, alın, sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hisəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, Qalubiyyə küçəsində Şəxs idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 km/sürətlə “Heydər Əliyev” adına park istiqamətində hərəkətdə olarkən Abşeron rayon Məhkəməsindən bir qədər irəlidə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün, zərərçəkən şəxsin izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəıtanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-921/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-921/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver