Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-922/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Abşeron rayon RPİ-nin X10 polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlu barəsində Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin X10 sahə rəisi, polis kapitanı X11 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X10 polis sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən Şəxs 18.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək olan müddət ərzində X4 məxsus Megan markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq salonda olan 10 manat məbləğində nəğd pulu oğurlamaqla maddi ziyan vurmuşdur. 29 mart 2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin Mehdiabad Pois Bölməsinin polis sahə rəisi, polis kapitanı X12 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, 26.03.2021-ci il tarixdən 27.03.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 İcirstan oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nazim Hikmət küçəsində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 98 manat olan 50 metr uzunluğunda plastik su boruları və 60 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talamaqla maddi ziyan vurmuşdur. 06 may 2021-ci tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin Mehdiabad Pois Bölməsinin polis sahə rəisi, polis kapitanı X12 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, 31 mart 2021-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək olan müddət ərzində X3 məxsus, Mehdiabad qəsəbəsində yerləşən evinin həyətində yerləşən anbardan 25 manat dəyərində elektrik naqilini, 60 manat dəyərində 01 ədəd velosipedi və ona məxsus olan Daf markalı **-BO-*** nömrə nişanlı avtomobildən 01 ədə 10 manat dəyərində yaddaş kartı oğurlamaqla 95 manat dəyərində maddi ziyan vurmuşdur. 10 aprel 2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin Mehdiabad Pois Bölməsinin polis sahə rəisi, polis kapitanı X12 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən 01 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək olan müddət ərzində X6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış olmayan evdən 1 top 25 manat dəyərində elektrik naqili, 100 metr uzunluğunda 35 manat dəyərində elektrik naqilini və 40 manat dəyərində istilik sistemini oğurlamaqla 100 manat dəyərində maddi ziyan vurmuşdur. 18 mart 2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X10 polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, 05 fevral 2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən həyətyanı torpaq sahəsindən ümumi dəyəri 80 manat olan, 20 manat dəyərində azbest şifer, 30 manat dəyərində armatur və 30 manat dəyərində taxtaları gizli olaraq talamaqla maddi ziyan vurmuşdur. 20 fevral 2021-ci il tarixli Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X10 polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, 02 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək olan müddət ərzində X8 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən evə daxil olaraq bir ədəd 60 manat dəyərində televizor və 30 manat dəyərində çəngəl-bıçaq dəstini gizlin olaraq talamaqla maddi ziyan vurmuşdur. 17 fevral 2021-ci il tarixli Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X10 polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, 19 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən evin zirzəmisindən 60 manat dəyərində su mühərrikini gizli olaraq talamaqla 60 manat dəyərində maddi ziyan vurmuşdur. 01 aprel 2021-ci il tarixli Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X10 polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, təxminə 02 ay müddət ərzində Zərərçəkmiş şəxs7 Aleksandroviçə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən bağ evinin həyətinə daxil olaraq bir ədəd 70 manat dəyərində evin zirzəmisinin dəmir qapısını və 01 ədəd 30 manat dəyərində əl arabasını gizli olaraq talamaqla ümumilikdə 100 manat dəyərində maddi ziyan vurmuşdur. 12 fevral 2021-ci il tarixli Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X10 polis sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN ******* saylı protokola əsasən o, 21 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olaraq 1 ədəd 80 manat dəyərində samovarı gizli olaraq talamaqla maddi ziyan vurmuşdur. 31 mart 2021-ci il tarixli Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Abşeron rayon Polis İdarəsinin X10 sahə rəisi, polis leytenantı X7 tərəfindən MN ******* və ******* saylı protokollar düzgün tərtib edilməmişdir. Buna görə də MN ******* və ******* saylı 09 iyun 2021-ci il tarixli protokollar geri qaytarılmalıdır. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZ 005542 №-li protokoldan görünür ki, Şəxs 09.06.2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə hesab edir ki, Şəxs oğluna həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1 (bir) ay 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 09 iyun 2021-ci il, saat 18:00-dan hesablansın. Qərarın icrası Aberon rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-922/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-922/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver