Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-922/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X8 katibliyi ilə, Şikayətçi “Tağıyev ” şirkətinin direktoru X5 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs “Tağıyev” şirkətinin direktoru X5 Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “Tağıyev” şirkətinin direktoru X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Tağıyev” şirkətinin direktoru X10 şikayətini onunla əsaslandırdı ki, 18 may 2023-cü il tarixdə AR ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “Tağıyev Şirkəti”nin vəzifəli şəxsi kimi (icraçı direktor) onun barəsində “Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə MN № ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 800 manat məbləğində cərimə edilmişdir. DƏMX inzibati qərarını İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulması kimi əsaslandırmışdır. Qeyd edilən qərar əsassızdır və ləğv edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. X1 xx.xx.2020-ci il tarixdə 9 №-li əmrlə şirkətə satış menenceri vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar haqq-hesab vərəqi xx.xx.2023 tarixdə tərtib edilərək, tərəfindən imzalanaraq, möhürlə təsdiqlənmişdir. Ona çatası ödənişlər hesablanaraq 875 manat 35 qəpik X4 ödənilmişdir. Şirkət ilə bağlanmış ********** №-li müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş xx.xx.2023-cü il tarixdə X4 göndərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr 2/23 xx.xx.2023 tarixdə tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş, icra edilməsi şirkətin Maliyyə departamentinə həvalə edilmişdir. Yəni, bir icraçı direktor kimi onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş və Maliyyə Departamentinin riyazi hesablamalarındakı nöqsanlar və tarixlərin səhv qoyulması inzibati xəta sayıla bilməz. Sonda o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 18 may 2023-cü il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İş materiallarında olan “Tağıyev ” şirkətinin direktoru X10 barəsində tərtib olunmuş Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. “Tağıyev ” şirkətinin xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun olaraq müəssisəyə satış meneceri vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması sənədindən görünür ki, X4 875.35 (səkkiz yüz yetmiş beş manat otuz beş qəpik) manat kompensasiya ödənilməlidir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 2/23 nömrəli əmrdən görünür ki, “Tağıyev ” şirkəti ilə X6 arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 işdən azad edilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Müraciət vərəqindən görünür ki, X2 meneceri vəzifəsində çalışmışdır.xx.xx.2023-cü il tarixində “tərəflərdən birinin təşəbbüsü" əsası ilə xitam verilib. Vətəndaş işdən çıxma ilə bağlı ərizə yazmadığını və qanunsuz olaraq işdən azad edildiyini bildirir. Bu müəssisədə işlədiyi müddət ərzində heç bir məzuniyyət hüququndan istifadə etmədiyini və son haqq-hesab olaraq kompensasiya ödənilmədiyini məlumat verir. Şəxs ödənişlə bağlı iş yerinə müraciət etmiş, lakin özlərinin sistemdə həll etdiklərini bildirmiş, bu məsələnin ətraflı araşdırmasını xahiş etmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 270 (iki yüz yetmiş) manat, 285 (iki yüz səksən beş) manat və 335 (üç yüz otuz beş) manat əmək haqqı almışdır. İş materiallarına əlavə olunmuş: “Tağıyev” şirkəti tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Rəhman Kərimov 13.02.23-cü il tarixli işdən azad olunma ərizəsi ilə şirkətə müraciət etmişdir. Şifahi formada başqa işə keçdiyi üçün həmin gün işdən azad edilməsini və portalda xitam verilməsini bildirmişdir. Şirkət rəhbərliyi tərəfindən ərizəyə baxılaraq R.Kərimova bildirilmişdir ki, şirkətin bank hesabında azad olunan tarixdə kifayət qədər vəsait olmadığından ona son haqq-hesab ödənilməsi mümkün olmayacaq.R.Kərimov bununla razılaşmış və həmin tarixdə işdən azad edilmişdir. Son haqq-hesab ödənişləri xx.xx.2023 və xx.xx.2023-cü il tarixində R.K.Kərimovun əmək haqqı kartı hesabına ödənilmişdir. Yuxarıda göstərildiyindən məlum olduğu kimi son haqq-hesabın gec ödənilmə səbəbi R.Kərimovun işdən azad olunma təşəbbüsü və şifahi razılaşmaya əsasən olmuşdur.Şirkətin bank hesabına vəsait daxil olan kimi ödəniş həyata keçirilmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, “Tağıyev” şirkəti tərəfindən X3 bank hesabına 1000 (bir min) manat və 550 (beş yüz əlli) manat köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.4-cü maddəsində göstərilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və “Tağıyev ” şirkətinin direktoru X10 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir.Belə ki, iş materiallarından göründüyü kimi Rəhman Kərimov 13.02.23-cü il tarixli işdən azad olunma ərizəsi ilə şirkətə müraciət etmiş,şirkət rəhbərliyi tərəfindən ərizəyə baxılaraq R.Kərimova bildirilmişdir ki, şirkətin bank hesabında azad olunan tarixdə kifayət qədər vəsait olmadığından ona son haqq-hesab ödənilməsi mümkün olmayacaq.R.Kərimov bununla razılaşmış və həmin tarixdə işdən azad edilmişdir. Son haqq-hesab ödənişləri xx.xx.2023 və xx.xx.2023-cü il tarixində R.K.Kərimovun əmək haqqı kartı hesabına ödənilmişdir. Yuxarıda göstərildiyindən məlum olduğu kimi son haqq-hesabın gec ödənilmə səbəbi R.Kərimovun işdən azad olunma təşəbbüsü və şifahi razılaşmaya əsasən olmuşdur."xxxx" QSC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, “Tağıyev” şirkəti tərəfindən X3 bank hesabına 1000 (bir min) manat və 550 (beş yüz əlli) manat köçürülmüşdür.Göründüyü kimi şəxsin işdən azad olunması ilə son haqq-hesabın ödənilməsi cəmisi bir həftə olmuş, bu isə pul vəsaitinin bankdan Şirkətin hesabına köçürülməsi ilə əlaqədar olmuşdur.Bu isə onu göstərir ki, inzibati tənbeh vermə barədə qərar qəbul edərkən işin bu halı nəzərə alınmamışdır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, “Tağıyev ” şirkətinin direktoru X5 əməlində inzibati xəta tərkibi olmadığı sübut olunmadığından şikayət təmin edilməli, “Tağıyev ” şirkətinin direktoru X10 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. “Tağıyev ” şirkətinin direktoru X10 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-922/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-922/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver