Məhkəmə qərarları › İş №3(012)-923/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-923/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-923/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X2nun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 228ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən qanunsuz olaraq 560 kubmetr həcmində faydalı qazıntı olan qarışıq süxur götürülərək daşıyıb aparmışdır. Heç bir əsas və sübut olmadan cərimə edilmiş, eləcə də ondan vurulan ziyana görə 7056 manat məbləğində pulu ödəməyi tələb olunur. Qeyd edir ki, tərəfindən qeyd olunan ərazidə texnika quraşdırılmış, lakin heç bir iş aparılmamışdır. Əgər bununla bağlı hər hansı bir sübut vardırsa məhkəməyə təqdim etməklərini tələb edir. Ortada heç bir şikayət olmadan, əməlində inzibati xəta tərkibinin əlamətləri olmadan tam qanunsuz olaraq cərimə edilmişdir. Bu səbəbdən də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə işin faktiki halları araşdırılmalı və inzibati xəta haqqında iş üzrə icaata xitam verilməlidir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, X6 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, Qobu bələdiyyəsinin ərazi hüdudları daxilində Qobu-Güzdək yolunun sağ tərəfi Herba Flora firmasının arxa istiqamətində qazıntı işləri (karier) aparılan ərazi Qobu bələdiyyəsinin mülkiyyətindədir. Verilmiş məlumat əsasında xx.xx.2023-cü il tarixdə həmin ərazidə araşdırma aparılmış və araşdırmada obyektin sahibi kimi özünü təqdim edən X6 və digər şəxslər iştirak etmişdir. Araşdırma zaman həmin ərazidə iki yerdə 560 m3 həcmində faydalı qazıntı növü olan qarışıq süxurun qanunsuz daşınması aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı akt tərtib edilmiş, obyektin sahibi kimi özünü təqdim edən X6 digər iştirakçılarla birlikdə öz imzaları ilə həmin aktı təsdiq etmişlər. Daha sonra fotoşəkillər çəkilmiş, Taleh Eyybovun izahatı alınmışdır. Taleh Eyybov barəsində başlanmış inzibati icraata bağlı narazılıq etməmiş, əksinə həmin ərazini müvəqqəti icarəyə götürdüyünü və həmin ərazidən faydalı qazıntı növü olan qarışıq süxurun onun tərəfindən daşınmasını etiraf etmişdir. Təbiətə 7056 manat məbləğində dəymiş ziyan dəymişdir. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Foto şəkillərdən görünür ki, görünən ərazidə texnikaların işləməsi və qarışıq süxurun daşınması möcudur. X4 izahatından görünür ki, həmin ərazini müvəqqəti icarəyə götürdüyünü və həmin ərazidən faydalı qazıntı növü olan qarışıq süxurun onun tərəfindən daşınmasını etiraf etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. X2 şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* qərarından razı olmadığını bildirsə də təqdim edilən geniş görüntülü fotoşəkillərdə, sonuncunun iştirakı ilə tərtib edilmiş aktda və ilkin verdiyi izahatında Qobu bələdiyyəsinin mülkiyyətində olan ərazidə iki yerdə 560 m3 həcmində faydalı qazıntı növü olan qarışıq süxurun qanunsuz daşınması onun tərəfindən icra edilməsi müəyyən olunur. Bu halı şikayətçi şikayətində həmin ərazidə onun tərəfindən texnika quraşdırdığını göstərməsi bir daha sübut edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Qeyd olunan xüsusatlara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olmuşdur. Yəni, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, X1 normalarının tələbinə əsasən, X4 törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual sənədin qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. 28 dekabr 1998-ci il tarixli, 238 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Qərarının 1.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Həmin Qərarın 2.1.1-ci maddəsinə görə isə torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında çıxarılmış faydalı qazıntılardan yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilərlər və onları sata bilməzlər. Həmin Qərarın 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. xx.xx.2023-cü il tarixli Aktdan göründüyü kimi X3 bələdiyyəsinin mülkiyyətində olan ərazidə uzunluğu 50 metr, dərinliyi 20 metr, uzunluğu 20 metr, eni 04 metr, dərinliyi 20 metr olan iki yerdən 560 m3 həcmində faydalı qazıntı növü olan qarışıq süxurun müvafiq icra hakimiyyəti orqanından və ya bələdiyyədən müvafiq icazə alınmadan qanunsuz daşınması ilə qanunvericiliyinin tələblərini pozmuş bu səbəbdən də barəsində əsaslı olaraq inzibati tənbeh tədbiri görülmüşdür. Beləliklə, hazırki iş üzrə iş materiallarını tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, X4 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən texnika ilə qarışıq süxurları qanunsuz olaraq çıxarmaqla, daşımış, bununla da yerin təkindən istifadə qaydaları ilə əlaqədar qanun pozuntularına yol verilməsi faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 228-ci maddəsi ilə təqsirli bilinib, 800 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə təqsirli bilinib 800 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı regional Ekolojiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar