Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-929/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhəri vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəbrayıl rayonu, Gahvəlli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, yarım tikili binada məskunlaşan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda, mənzilin boşaldılması ilə bağlı aralarında yaranmış mübahisə zamanı X3 qollarından tutub qapıya tərəf itələyərək, sonuncuya sağlamlığa zərərvurmayan xəsarət yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi X10 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkası küçəsi, ev 9, mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən ona məxsus evdə aralarında yaranmış mübahisə zamanı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs 10 ildir ki, tanıyır. Zərərçəkmiş şəxsnm xx.xx.2022-ci il tarixdə onun barədə Abşeron rayon Polis İdarəsinə etdiyi şikayətlə tanış olmuşdur. Onlar məcburi köçkündülər, 1993-cü ildən Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən bina 6, mənzil 1 ünvanında ailəsilə birlikdə məskunlaşmışlar. Ülkər və əri Rasim onların qaldığı evin özlərinə məxsus olduğunu deyib, məhkəmə prossesi olmasına baxmayaraq onları həmin ünvandan çıxartmağa çalışırlar. Onların Abşeron rayonu, Masazır qəsəbəsi, Zəligölü adlanan ərazidə evi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Ülkər və Rasim onların Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən bina 6, mənzil 1 ünvanında yaşadıqları evə gəlib, onlarla münaqişə yaradaraq evdən çıxmalarını tələb etmişlər. Həmin vaxt onlar Rasimgilə qanuni məsələni həll etməyi dedikdə Ülkər evdən çıxmayacağını bildirmişdir. Mübahisə zamanı Ülkər onun həyat yoldaşına hücum çəkmək istədikdə o, Ülkərin qolundan tutub onu oradan uzaqlaşdırmağa çalışmışdır. O, həmin vaxt əlinin arxası ilə Ülkərin sifətinə vurmamışdır. Ülkərin bu barədə dedikləri doğru deyil. Orada valideynləri də Ülkəri vurmamışdırlar. Onlar münaqişə zamanı Ülkərgili söyməmişlər. Həmin vaxt atası Abbas Abbasov mübahisənin böyüməməsi üçün DİN-nin 102 xidmətinə zəng edib, münaqişə barədə məlumat vermişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 1993-cü ildə ünvan 3 ünvanında yerləşən mənzili almış və sənədləri vardır. X6 ailəsi ilə birgə evsiz qaldığı üçün onun həyat yoldaşı X7 həmin şəxsə evlərini müvəqqəti qalmaq üçün icazə vermişdir. Həmin şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Zəligölü adlanan yerin yaxınlığında fərdi yaşayış evi tikdikləri üçün 2018-ci il tarixdən həmin şəxsə ailəsi ilə birgə evindən çıxmalarını bildirmişlər. Buna baxmayaraq həmin şəxslər onlara evdən çıxmayacaqlarını bildirmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, yoldaşı Rasim ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 6-da yerləşən mənzillərinə gələrək, mənzildə yaşayan Şəfiqə Abbasovaya evdən çıxmalarını bildirmişlər. Lakin, Şəfiqə evdən çıxmayacağını ona bildirdiyindən aralarında mübahisə yaranmışdır. Bu zaman Şəfiqənin və Abbasın adı bilmədiyi oğlu onun qolundan əli ilə yapışaraq ona fiziki ağrı yetirib, sürüməklə kənara itələmişdir. Həmin şəxs daha sonra əlinin arxa hissəsi ilə onun sifət (ağız) nahiyyəsindən vurmuşdur. O, Abbasdan şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhəri vəkil bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşmançılıq çəkməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Abşeron rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması üçün Abşeron RPİ-nin TŞ-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat miqdarında inzibati cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat miqdarında inzibati cərimə edilməsinə dair Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və material üzrə yenidən araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixdə verdiyi 1799 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ və sol bazunun, sol sağrı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil X2 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2023-cü il № 3(012)-366/2023 Abşeron rayon Polis idarəsinin rəisi, polis polkovniki cənab Musa Musayevə Abşeron rayonu. Masazır kəndi, H.Z.Tağıyev küçəsi, fərdi yaşayış evi – zərərçəkmiş şəxs X8 Ucar rayonu, Xələc kəndi - İnzibati xəta törətmiş şəxs Şəxs Xırdalan şəhər Vəkil Bürosuna Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti ______ vərəqədə Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-929/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-929/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver