Məhkəmə qərarları › İş №3(012)-930/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-930/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-930/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 14 aprel 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Dimek Lazer” gözəllik salonunda aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Dimek Lazer” gözəllik salonunda aralarında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Toplanmış material üzrə cinayətin tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 2024-cü ilin aprel ayından etibarən evinin 1-ci mərtəbəsində yerləşən obyekti icarə əsasında işlədən Zərərçəkmiş şəxs obyektdən çıxmasını bildirmişdir. Bu barədə Sumqayıt məhkəməsində müraciəti üzrə məhkəmə prosesi davam edir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evinin qarşısında avtomobil gözləyərkən həmin obyektdən Zərərçəkmiş şəxs çıxaraq üzərinə hücum çəkmiş, onu obyektin içərisinə çəkməyə başlamış və həmin zaman orada onunla birlikdə işləyən işçilərə onu obyektin içərisinə çəkməkdə kömək etmələrini bildirmişdir. Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkdiyi zaman onu nalayiq ifadələrlə təhqir etmiş və çəkişdirdiyi zaman əynindəki köynəyi yararsız hala salmış, həmçinin sol qol nahiyyəsinə yumruq vurmuş, onun qolu çəkişmə zamanı cızılmışdır. Ətrafdakı insanlar Zərərçəkmiş şəxs ondan ayırmış və o, 102 xidmətinə məlumat vermişdir. Səidə dəfələrlə onun və ailə üzvlərinin barəsində yalan məlumatlarla polis orqanlarına şikayət etmişdir. O Zərərçəkmiş şəxs döyməmiş, ölümlə hədələməmiş və təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, rəsmi olaraq X5 ilə icarə müqaviləsi bağlayaraq Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 26 ünvanında yerləşən obyekti icarəyə götürmüşdür. Lakin Anar və arvadı Şəxs müqavilənin şərtlərini pozaraq obyektdən onu qeyri-qanuni çıxartmaq istəmişlər. Bununla bağlı aralarında məhkəmə çəkişməsi davam edir. Məhkəmə qərarına əsasən məhkəmə çəkişməsi dövründə obyektdə heç bir müdaxilə edə bilməzlər. Buna baxmayaraq Anar və Nəzakət hər gün obyektə gələrək onu təhqir edib, işıq və suyu kəsmişlər. Həmçinin, bir gün əvvəl obyektə gələrkən quraşdırdığı kameranı və işıqları qırıb mülkiyyətinə zərər vurmuşlar. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində obyektin qapısı qarşısında duraraq insanları və müştərilərin yanında onu təhqir etmiş, şərəf və ləyaqətini alçatmışdır. Saat 19 radələrində obyektin işığını və suyunu yenidən söndürmüşdür. Müştərilər buna etiraz etmişlər. Onun fəaliyyətinə maneçilik törətmişlər. O bu barədə DİN 102 xidmətinə zəng edib şikayət etmişdir. Sonra işığı yenidən bərpa etmiş, həmin vaxt Nəzakət onu söyüb təhqir etmiş və insaların içində onu döyərək xəsarət yetirmişdir. Baş vermiş dava-dalaş zaman o, Nəzakəti vurmamışdır. Həmin vaxt Mədinə adlı müştəri və tanımadığı şəxslər bunu görmüş və onu Nəzakətin əlindən almışlar. Şəxs onun barəsində göstərdikləri yalan və böhtandır, onu döyməyib. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli 2014 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, xəsarətlər-sol bazunun orta 1/3-nin tış səthinin 1 ədəd, sağ bazu nahiyəsinin 2 ədəd, sağ bud nahiyəsinin 1 ədəd, sol diz nahiyəsinin 1 ədəd qançırları, sol yanaq nahiyəsinin 1 ədəd, sol dirsək nahiyəsinin 1 ədəd sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir və qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı əl zərbələri nəticəsində əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar icra edilməsi üçün Abşeron RPl-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat İXM-nin 104.1-ci maddəsinə uyğun olaraq dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş olsa da, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılan hallarından xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Dimek Lazer” gözəllik salonunda aralarında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməsi tərəflərin izahatları, məhkəmə ekspertinin rəyi və işdə olan sübutlarla tam sübutdur. Ona görə də hesab edirəm ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta hadisəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib hissəsi mövcuddur. Onun bu əməli də nəzərdə tutulan məsuliyyəti yaratsa da, onun inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsas olduğundan, Şəxs qız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar