Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-934/2021 12.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycxan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilkə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron rayon Məhkəməsinin 05.11.2008-ci il tarixli, 2(012)-886/2008 saylı icra vərəqəsinə əsasən Şəxs 20 fevral 2003-cü il təvəllüdlü X3 və 01 fevral 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 05.11.2008-ci il tarixli, 2(012)-886/2008 saylı icra vərəqəsinə əsasən Şəxs Şəxs 20 fevral 2003-cü il təvəllüdlü X3 və 01 fevral 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. İcra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 22.05.2019-cu il tarixdə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək heç bir ödəniş etməmişdir. Borclu Şəxs şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Hazırda borclu Şəxs 11.376 manat borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, tələbkara 11.376 manat pul borcu olduğunu, lakin bu qədər pulu ödəyə bilməyəcəyini, 3-4 gün müddətində 60 manat ödəniş edə biləcəyini, hal-hazırda maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-886/2008 saylı 05.11.2008-ci il tarixli qətnaməsinə əsasən hər 2 uşagın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat aliment tutulmuşdur. Borclu indiyənə kimi heç bir ödəniş etməmiş, və onun harada yaşadığını belə bilmədiyini bildirmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 05.11.2008-ci il tarixli, 2(012)-886/2008 saylı icra vərəqəsinə əsasən 11.376 manat aliment borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 12.06.2021-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-934/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-934/2021
12.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver