Məhkəmə qərarları › İş №3(012)-934/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-934/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-934/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC-nin vəkili Lider Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Lider Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, inzibati xəta haqqında protokol onların iştirakı ilə tərtib edilməyib və icraat məlumatları olmadan aparılıb. Buna baxmayaraq protokolda guya onunla tanış olmaqdan imtina etməklərinə dair yalan qeydlər də əlavə edilmişdi. Bu özü özlüyündə kobud prosessual qanun pozuntusudur. Hazırkı iş üzrə obyektiv məhkəmə araşdırılması aparılmalı, hazırkı protokoiun tərtib edilməsinə əsas olan AR İXM-nin 239-cu maddəsi ilə bağlı inzibati xətanın bütün tərkib elementlərinin olub-olmaması dəqiq müəyyən edilməlidir. Belə ki, bəhs edilən maddənin dizpozisiyasına əsasən inzibati məsuliyyətə səbəb olan əməl ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasıdır. Müəssisələri inzibati məsuliyyətə səbəb olan həmin əməli törətməmiş, yəni tərəflərindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqi, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmış və tələb edilən bütün sənədlər tərtib edilmişdir. Belə ki, tibbi tullantıların yığılması üçün xüsusi konteynerlər quraşdırılmış, müvafiq səlahiyyətli ixtisaslaşdırılmış qurum (Azəri Food-2007 MMC) ilə tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqavilə, akt və digər sənədlər tərtib edilmiş, xüsusi kitabça hazırlanmış, müvafiq statistik hesabat Bakı Statistika İdarəsinə təqdim edilmiş və qanunvericiliklə tələb edilən bütün tədbirlər həyata keçirilmişdir. Buna baxmayaraq inzibati orqan qanunsuz və qərəzli olaraq barəmizdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Çünki inzibati xətaya səbəb olan hər hansı əmələ yol verilməmişdir. Eyni zamanda müəssisə müalicə profilaktika qurumu olmaqla cərahiyyə əməliyyatlarını həyata keçirmir. Sadəcə tibbi analizlər keçirilir. Yəni, poliklinika xidmətləri göstərilir. Fəaliyyətimiz nəticəsində xüsusilə təhiükəii tibbi tuiiantılar yaranmır. Həmçinin, atmosfer havasına və ya su təssərüfatına qarşı müəssisələrinin hər hansı çirklənmə mənbəyi mövcud deyildi. Yalnız fəaliyyət zamanı tibbi tullantılar yaranır və onların uçotu -hesabatı aparılmaqia zərərsizləşdirilir. Xüsusilə AR İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallara aid edilmişdir. Hazırda inzibati xətanın törədilməsi tamamilə istisna edilir. Beiə ki, AR İXM-nin 239-cu maddəsinə əsasən monitorinqin, uçot və hesabatın aparılmaması inzibati xəta hadisəsi hesab edilir. Lakin hesabat və uçot, lazimi digər sənədlər müəssisə tərəfindən tərtib edilmişdir. Bununla belə tərtib edilmiş hesabat və sənədlərin üzrlü səbəblərdən inzibati orqanla razılaşdırılmaması inzibati məsuliyyətə səbəb olan əməl deyildi. Belə ki, 2 GT (tibbi tullantılar) hesabatı ekelogiya idarələri ilə razılaşdırılır və statistika idarəsinə təqdim edilir. Hazırda uçot və hesabat aparılmış və hesabat razılaşdırmadan Bakı Statistika İdarəsinə təqdim edilmişdir. Yəni, razılaşdırma olmaması hesbatın və uçotun aparılmadığmı ifadə etmir. Xüsusilə nəzrə alınmaldıır ki , tibbi tullantılar ilə bağlı məhz iki əməl inzibati xətaya səbəb olur: 1 Tullantılar ilə bağlı uçot və hesabatın aparılmaması, 2. 2 GT (tibbi tullantılar ) hesabatının rəsmi statistika orqanına təqdim edilməməsi. Birinci əməl AR İXM-nin 239-cu maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur. Hazırda bu xətaya yol verilməmiş , hesabat və uçot vaxtı-vaxtında aparılmışdır. İkinci əməl yəni rəsmi statistik hesabatın (məlumatın) təqdim ediiməməsı və ya vaxtında təqdim edilməməsi AR İXM-nin 389-cu maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Bu baxımdan nəzərə alınmalıdır ki , "Rəsmi statistika haqqında" qanunun 27-ci maddəsinə əsasən rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 9B-VQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin 15 fevral 2816-ci il tarixli 735 nömrəli Fərmanının 5.38-ci bəndinə əsasən AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi baxır. Aydın olduğu kimi hazırda bu iki əməldən heç biri törədilməmişdir. Hətta rəsmi statistik hesabat vaxtında təqdim edilməmiş olsaydı da belə , bu inzibati xətaya dair protokoi tərtib etmək 4 saylı ‘Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətinə aid deyildi. Belə ki , qanuna əsasən bu xətaya görə məhz ststistika qurumu inzibati xəta haqqında protokoi tərtib edə bilər. Lakin hazırda tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı 21144658 nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta haqisəsi kimi məhz – uçot və hesabatın aparılmaması göstərilmişdir. Bu hal da məhkəməyə təqdim etdikləri uçot və hesabat sənədləri ilə tam təkzib edilir. Digər tərəfdən inzibati orqanın məhkəməyə təqdim etdiyi xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarda müəssisənin hesabatları təqdim etməməsi qeyd ediiir. Hansı bu bu əməl AR İXM-nin 239-cu maddəsi ilə əhatə edilmir. Hesabat və uçot sənədlərinin aparılmamasından fərqli olaraq, bu sənədlərin ekologiya qurumu ilə razılaşdırılmaması (razılaşdırma üçün təqdim edilməməsi) İnzibati məsuliyyətə səbəb olan əməl deyildir. Nəzərə almaq lazımdır ki, AR İXM-nin 1 3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Belə olan halda uçot və hesabatların ekologiya qurumu ilə razılaşdırılmaması və ya vaxtında razılaşdırma üçün təqdim edilməməsi inzibati xətalar qanunvericiliyində inzibati xəta əməli kimi nəzərdə tutulmamışdır. Beləlikiə, xx.xx.2025-ci il tarixli MN seriyalı 21144658 nömrəli inzibati xəta haqqında protokol tamamilə qanunsuzdur və iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş məktublarda həm də, müəssisə tərəfindən münasibətdə “X1 Fonduna“ ödəniş edilməli olduğu qeyd edilir. Bu da tamamilə qanunsuz tələbdi. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş 6 nömrəli əlavəyə əsasən "Tullantıların yeriəşdiriiməsinə görə ödəniş normativləri" müəyyən edilmişdir. Həmin normativə əsasən tibbi tullantının zərərsizləşdirilməsi məbləği müəyyən edilmişdir. Aydın olduğu kimi təbiətdən istifadə edənlərin anlayışı və 'kateqoriyası qanunvericilikdə nəzərdə tutulmuş və bu şəxslərə fəaliyyət göstərməsi üçün lisenziya və ya icazənin tələb olunduğu qeyd edilmişdir. Hazırda tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı müəssiəsənin AzəriFodd-2007 MMC ilə xx.xx.2024-cü il tarixli 080124 nömrəli müqaviləsi mövcuddur. Müəssisə həmin quruma xidmət haqqı ödəyir. Belə olan halda təbiətdən istifadə edən qismində onların müəssisələri deyil, məhz tibbi tullantıları zərərsizləşdirməklə ətraf mühitə zərər vuran həmin ixtisaslaşdırılmış qurum çıxış edir. Bu səbəbdən də təbiətdən istifadəyə görə ödəniş həmin qurum tərəfindən ödənilməlidir. Yəni, müəssisənin belə bir ödəniş etmək öhdəliyi yoxdur. Həmçinin qeyd edək ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin quruma təqdim edilmiş xx.xx.2020-ci il tarixli ER-22/448 nömrəli dövlət ekoloji ekspertizasının rəyinə həmin qurum “X1 Fonduna“ ödənişləri həyata keçirməlidir. Hazırkı iş üzrə hüquqi qiymət verilməli olan hallardan biri də inzibati xətə haqqında protokolun səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilib edilməməsi ilə bağlıdır. Belə ki, AR İXM-nin 109.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilməlidir. Hazırki etiraza əlavə edilmiş kommesiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən müəssisənin fəaliyyət ünvanı məhz AZ1116, ünvan 1n edilmişdir. Yəni müəssisə hüquqi yurisdiksiyasına görə Abşeron rayonuna tabe deyildir. Bu səbəbdən təkcə tullantıların zərərsizləşdirilməsinə görə deyil, digər bütün sahələr üzrə rəsmi statistik hesabatlar həmişə tərəflərindən Bakı şəhər Statistika İdarəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 12.10-cu maddəsinə əsasən ərazi aidiyyatı hüquqi şəxin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Həmin qanunun 14.1.2-ci maddəsinə əsasən qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumat) hüquqi şəxslərin dövlət reyestrində qeydə alınır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə iş materiallarına baxılarkən müəyyən edilmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2nvan Bakı şəhəri Binəqədi rayonunda yerləşdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol üzrə inzibati xəta hadisəsi Bakı şəhəri Binəqədi rayonu ərazisində baş verdiyindən iş materialları aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan « X4 Center» MMC barəsində olan inzibati xəta haqqında iş baxılması üçün inzibati xətanın törədildiyi ərazi yurisdiksiyası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar