Məhkəmə qərarları › İş №3(012)-938/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-938/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-938/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə X1 Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasovun 16.02.2018-ci il tarixli, 09492 MD №-li inventar aktının və 03.09.2018-ci il tarixli, 10233 №-li inventar aktının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i m : Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasovun 16.02.2018-ci il tarixli, 09492 MD №li inventar aktının və 03.09.2018-ci il tarixli, 10233 №-li inventar aktının tərtib etdiyi qərarından X2 tərəfindən şikayət verərək həmin qərarın ləğv edilməsi barədə xahiş etmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasovun 16.02.2018-ci il tarixli, 09492 MD №-li inventar aktının və 03.09.2018-ci il tarixli, 10233 №-li inventar aktının ləğv edilməsi barədə verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olubolmaması məsələləri həll edir. İşə əlavə edilmiş ərizədən görünür ki, X2 şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən şikayət görə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Qərara aldı: X1 Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasovun 16.02.2018-ci il tarixli, 09492 MD №-li inventar aktının və 03.09.2018-ci il tarixli, 10233 №-li inventar aktının ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar