Məhkəmə qərarları › İş №3(012)-939/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-939/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-939/2020 07.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxsin müdafiəçisi, Abşeron rayon vəkil bürosunun vəkili Vəkil, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il Göyçay şəhəri, 50ci məhəllədə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93, ev 11, mənzil 08-də yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 05 iyul tarixli, 208 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci ilin 05 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2020-ci il tarixdə, saat 22:30-də, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində yerləşən Ocaq kafedə olmaqla, karantin rejimini pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in polis əməkdaşı Rəşad Qasımov tərəfindən tərtib edilmiş raporta əsasən Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93, ev 11, mənzil 08-də yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində yerləşən Ocaq kafedə olmaqla karantin rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarxdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində yerləşən Ocaq kafedə olarkən polis əməkdaşları ona yaxınlaşaraq, respublika ərazisində karantin rejimi ilə əlaqədar ona küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına evdən çıxmağa icazəsi olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. İnzibati xəta törətmiş şəxsin müdafiəçisi, Vəkil məhkəmədə verdiyi izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən peşmançılıq çəkməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002137 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXMnin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxstörətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar