Məhkəmə qərarları › İş №3(012)-939/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-939/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-939/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana 1, 26-cı məhəllə, ev 09, mənzil 313 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X11 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin polis sahə rəisi, polis mayoru X11 bildirdi ki, Şəxs 21.04.2021-ci il tarixdə, ünvan 3 ünvanında yerləşən X10 müdir vəzifəsində işlədiyi “Samsung” mağazasından elektrik naqilini talamaqla nəticədə ona 50 manat məbləğində ziyan vurmuşdur. 30.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 08.02.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospekti, 144 ünvanında yerləşən mağazasından 10 ədəd cins şalvarları talamaqla 100 manat məbləğində ziyan vurmuşdur. 17.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 23.04.2021-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs6 məxsus “VAZ 2106” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobilindən akkumlyatoru talamaqla nəticədə ona 75 manat məbləğində ziyan vurmuşdur. 04.05.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin təhqiqatçısı, polis mayoru X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 03.01.2021-ci il tarixdə X8 məxsus “VAZ 21074” markalı, **-RX-*** dövlət nömrə nişanlı avtomobilindən akkumlyatoru talamaqla nəticədə ona 90 manat məbləğində ziyan vurmuşdur. 14.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 28.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsindən plastik çəni talamaqla nəticədə ona 100 manat məbləğində ziyan vurmuşdur. 07.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 08.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin həyətindəki toyuq tinindən 16 ədəd ev quşlarını talamaqla nəticədə ona 100 manat məbləğində ziyan vurmuşdur. 17.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 28.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin həyətindəki 7 ədəd toyuğu talamaqla nəticədə ona 70 manat məbləğində ziyan vurmuşdur. 07.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 13.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yarımtikili evindən 7 ədəd sementi talamaqla nəticədə ona 60 manat məbləğində ziyan vurmuşdur. 22.12.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir Bundan başqa o, 03.01.2021-ci il tarixdə X8 məxsus “VAZ 21074” markalı, **-RX-*** dövlət nömrə nişanlı avtomobilindən akkumlyatoru talamaqla nəticədə ona 90 manat məbləğində ziyan vurmuşdur. 14.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 22.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus işlədiyi evdən 90 manat dəyərində drel, laqonda, 2 ədədə elektrik ötürücüsü və 2 ədə nizamlayıcını talamaqla nəticədə ona 90 manat məbləğində ziyan vurmuşdur. 02.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 16.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşadığı evdən velosiped oğurlamaqla nəticədə ona 100 manat məbləğində ziyan vurmuşdur. 26.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 20.11.2020-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinin həyətindəki 10 ədəd toyuğu talamaqla nəticədə ona 70 manat məbləğində ziyan vurmuşdur. 29.11.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 06.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 Mənsur oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, ünvan 5 ünvanının yaxınlığındakı torpaq sahəsindən ventilyatoru talamaqla nəticədə ona 100 manat məbləğində ziyan vurmuşdur. 15.04.2021ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis leytenantı X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 12.06.2021-ci il tarixdə saat 13.40 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 02 (iki) ay inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 iyun 2021-ci il, saat 13:40-dan hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar