Məhkəmə qərarları › İş №3(012)-941/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-941/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-941/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs tərəfindən daxil olmuş şikayətin baxılmasına 05 iyul 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində tərtib edilmiş protokoldan şikayət etməklə 04 aprel 2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta üzrə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs məhkəməyə ünvanlandığı şikayət ərizəsini qərarı aldıqdan təxminən 01 il 03 ay sonra vermişdir. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, qərarı rəsmi aldığı vaxtdan təxminən 01 il 03 ay sonra şikayət verildiyindən, şikayətinə müddətin üzürlü səbəbdən buraxılmasına dair vəsatət əlavə edilmədiyindən Şəxs tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin işçisi tərəfindən tərtib edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar