Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-943/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X2, Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə rəisi, X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, 26A, mənzil 18-də qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin İTŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 13.06.2021-ci il tarixdə saat 18 radələrində Abşeron Rayon Polis İdarəsinin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Zamiq İbrahimov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 13.06.2021-ci il tarixdə saat təxminən 23 radələrində Abşeron RPİ-də xidmətdə olarkən 1978-ci il təvəllüdlü Şəxs polis idarəsindən özbaşına çıxıb getmək istəmişdir. İctimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşları isə ona qanunvericiliyin tələblərini izah etməyə çalışdıqda Şəxs onların qanuni göstərişlərinə tabe olmayaraq səs-küy salıb nalayiq söyüşlər söyərək iş fəaliyyətlərini pozmuşdur. Həmin fakt əsasında Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Pİ-də Şəxs özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 13.06.2021-ci il tarixdə bağ evində baş vermiş oğurluqla bağlı onu şübhəli şəxs qismində Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Polis İdarəsində ona bir neçə sual verildikdən sonra çıxıb getmək istəmiş, polis əməkdaşları isə bir az gözləməyini bildirmişlər. Lakin Şəxs polis əməkdaşları ona qanunvericiliyin tələblərini izah etmələrinə baxmayaraq yenə də çıxıb getmək istəmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 13.06.2021-ci il tarixli AZA 002101 saylı protokoldan görünür ki, Şəxs 13.06.2021-ci il tarixdə, saat 23:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 13.06.2021-ci il tarixdən, saat 23:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-943/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-943/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver