Məhkəmə qərarları › İş №3(012)-95/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-95/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-95/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi ilə, X2 iştirakı ilə xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonunun, Niyazqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Abşeron rayonu, Masazır kəndində, "Badam Villla”larının arxasında yerləşən qır zavodunda X3 tərəfindən kamera xəttlərinin quraşdırılması işləri aparılarkən sonuncunun hündürlükdən yıxılaraq sağ said said sümüyünün tipik yerinin, sağ qalmış sümüyününün 1/3-nin oynaqdaxili, yerdəişən sınıqları ilə müşayiət olunan dərəcəsi sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri alması ilə nəticələnən bədbəxt hadisə zamanı zavodun müdürü, fiziki şəxs Şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.5, 10.6 və 10.11-ci bəndlərinin tələbləri pozulmuşdur. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xəta əməli ilə bağlı özünü qismən bilərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndində, "Badam Villla”larının arxasında yerləşən qır zavodunu mülkiyyət sənədi əsasında almışdır. O, zamandan həmin zavadun rəhbəri kimi fəaliyyət göstərməyə başlamışdır. Rəsmi olaraq 3 nəfər işçisi var və əmək müqaviləsi əsasında fəaliyyət göstərirlər. O, hadisə günü əmək müqaviləsi ilə çalışan Elsevər Hüseynovun yanında tanımadığı şəxs görmüş və Elsevərdən kim olması ilə maraqlandıqda sonuncu kamera quraşdırılması üçün ona köməklik göstərməsi üçün gəldiyini bildirmişdir. Həmin gün hava küləkli olduğundan Elsevərə işləməmələri barədə xəbərdar etmişdir. Bir neçə dəqiqə sonra qışqırıq səsi eşitdib çölə çıxdıqda Elsevərin yanında gələn şəxsin yıxıldığını görmüşdür. Xəsarət alan şəxs ondan xəbərsiz gəlmiş və onun göstərişi olmadan çalışmışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Abşeron Rayon Prokurorluğuna məlumat verilsə də, həmin orqandan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya” X8 xx.xx.2023-cü il tarixli 1464 saylı rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər - sağ said sümükərinin aşağı 1/3-nin, sol mil sümüyünün tipik yerinin, sağ qalmış sümüyününün yuxarı 1/3-nin oynaqdaxili hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hündürlükdən yıxılaraq yerin bərk səthinə (asvalt beton və s) dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür və həm də ayrı-ayrılıqda sağlamlğın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Təhlükəsizlik Texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 334-C-23 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.5, 10.6 və 10.11-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Hündürlüdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.5, 10.6 və 10.11-ci bəndlərinin tələbləri texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Hadəsnin baş vermə şəraitini nəzərə aldıqda X1 özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması halı müəyyən edilmir. 29 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Abşeron rayonu, Masazır kəndində, "Badam Villla”larının arxasında yerləşən qır zavodunun müdürü Şəxs (FİN2G2WGCQ) – xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonu Niyazqulular kəndində anadan olmuş, evli, ali tehsilli, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın surətinin barəsində inzibati icraat aparılan Şəxs göndərilməsi və inzibati xətalar məcəlləsinin 61-ci maddəsində göstərilən hüquq və vəzifələrin izah olunması, qərar və toplanmış materialın baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib.inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi daşıyan Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən X3 16 may 2024-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Masazır kəndində, "Badam Villla”larının arxasında yerləşən qır zavodunda kamera xəttlərini quraşdıran zaman yıxılması nəticəsində az ağır xəsarət almış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 29 dekabr 2023-cü il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar