Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-953/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən ətraf-mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs MMC-yə (hava, su təsərrüfatı və təhlükəli tullantılar üzrə) statistik hesabatların razılaşdırılması və İdarəyə təqdim olunması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin həmin xəbərdarlığa baxmayaraq Cəmiyyət tərəfindən ətraf-mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı təqdim edilməmişdir.Bundan sonra bildiriş göndərilmişdir ki, protokol tərtibində iştirak etsinlər, yenə bildirişə münasibət bildirilməmişdir. Odur ki, protokol qanunamüvafiq şəkildə tərtib edildiyindən, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin direktoru X3 MMC-nin təqsirli olmadığını bildirmiş və izahatında bildirdi ki, onun sözügedən xəbərdarlıqlardan məlumatı olmamışdır, bildiriş onun əri Əlövsət tərəfindən qəbul olunsa da ona təqdim olunmamışdır.Onu da qeyd edir ki, Cəmiyyət xx.xx.2024-cü il tarixdən fəaliyyətini dayandırmışdır. Cəmiyyət fəaliyyət göstərmədiyi halda, hesab edir ki, ətraf-mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməli deyildir. Odur ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 89690 saylı aktdan görünür ki, araşdırma nəticəsində Şəxs MMC tərəfindən ətraf-mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması aşkar edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC 2TG (hava, su təsərrüfatı və təhlükəli tullantılar üzrə) statistik hesabatların razılaşdırılması və İdarəyə təqdim olunması barədə xəbərdarlıq edilmiş və məktub X5 tərəfindən “qəbul etdim” yazılmaqla imza edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-yə aparılan inzibati araşdırmada iştirak etmək üçün xx.xx.2025-ci il tarixdə saat 10:30-da səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməsi üçün məktub göndərilmiş, həmin məktub X5 tərəfindən Vəsilə xanıma təqdim etmək üçün “Qəbul etdim” yazılmaqla imzalanmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan Şəxs MMC-nin 2024-cü il üçün ətrafmühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin direktoru X1 etirazına münasibətdə məhkəmə qeyd edir ki, müəssisəsnin fəaliyyətinin dayandırılması barədə və dayandırıldığı təqdirdə bu barədə protokol tərtib edən tərəfə məlumat verilməsini təsdiq edən sübutlar işdə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin dispozisiyasına görə, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görəvəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol üzrə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinsin, ona 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-953/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-953/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver