Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-955/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı X1 X5 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ilə X5 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İş materialları məhkəməyə daxil olduqda X1 Abşeron rayon ərazisində yaşamasını təsdiq edən sənədin məhkəməyə təqdim edilmədiyi, şikayət ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri Xətai rayonu, M. Mehdizadə küçəsi, ev 5,mənzil 3-də qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 X5 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər ərazi adiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilsin. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-955/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-955/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver