Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-955/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası Ekologiya və tərtib edən orqanın Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional nümayəndəsi: Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Barəsində inzibatii qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraat aparılan hüquqi şəxsin nünamyəndəsi Nümayəndə nümayəndəsi: iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 09 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsalat sahəsində ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabları aparılmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi İlkin Telmanlı inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-yə tərəflərindən müvafiq məktub göndərilmiş, məktubda təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparılmamasına görə müvafiq məsuliyyət tədbirləri barədə müəssisəyə xəbərdarlıq edilmiş, lakin statistik hesabat bu günədək idarəyə təqdim edilməmişdir. O, qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş səndələrdən müəyyən edilir ki, hesabatlar aparılmışdır, lakin həmin hesabat təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, barələrində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, sözü gedən bildiriş onlara poçt və ya elektron sənəd dövriyyəsi qaydasında daxil olmayıb, ümumiyyətlə qeyd edilən məlumatların verilməsi onların öhdəliyinə aid deyil, lakin sənədləşmə aparılmış, istənilən vaxt yoxlama keçirilsə, həmin sənədlərlə tanış olmaq istənilsə idi o sənədlər təqdim ediləcəkdi. Bundan əlavə olaraq ekologiya idarəsi tərəfindən məcburi olmayan tövsiyyə xarakterli məktublar belə onlar tərəfindən icra edilmiş, tullantıların idarə edilməsi barədə pasport tərtib edilmişdir. Dediklərinin təsdiqi kimi bütün sənədləri məhkəməyə təqdim yazılı etirazı ilə təqdim etdiyini bildirdi. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 aprel 2025-ci il tarixli, 89702 nömrəli “Akt”dan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Abşeron rayonu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Müəssisədə monitorinq keçirilmişdir;
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunmuşdur ki, Abşeron rayonu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Müəssisə tərəfindən ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesablarını aparmamışdır.
3. Tibbi tullantıların qeydiyyat jurnalından çıxarışdan və tibbi tullantıarın idarə edilməsinə dair hesabat cədvəlindən görünür ki, tullantıların qeydiyyatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmışdır.
4. Tibbi tullantıların təhvil alınması haqqında Aktlardan həmçinin tibbi tullantıların idarə edilməsi və daşınması lahiyyəsindən görünür ki, “X2” tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tullantılar təhvil alınmış və daşınmışdır.
5. Təhlükəli tullantıların pasportları xx.xx.2025-ci il tarixdə toplu şəkilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmişdir.
Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi iş üzrə toplanmış materiallarla sübuta yetirilmir, belə ki, məhkəmə zamanı təqdim olunmuş və tədqiq edilmiş sübutlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabları aparıldığı, onların daşınmasının təmin olduğu müəyyən edilmişdir. Belə olan halda uçot və hesabat məlumatlarının təqdim edilməməsi qeyd edilən maddənin dispozitiv şərtinin tələbi olmadığından bununla həmin maddənin tələbinin pozulması baş verməmişdir. MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas yoxdur.
Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun: 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi aktda qeyd olunan hallarla bağlı əsaslı araşdırma aparmadan, "xxxx" MMC-nin təqsirli olması qənaətinə gəlmək üçün sübutları tam toplamadan, formal mülahizərə əsaslanmaqla inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə törədilmiş işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC tərəfindən uçotun və hesabatların vaxtında aparılması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Abusət Qasımov