Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-959/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu X1 barəsində qəbul edilmiş Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25874480 saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə verilmiş ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25874480 saylı inzibati tənbeh vermə haqqında protokolun və qanunsuz olaraq yazılmış cərimə balının silinməsini üçün köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, şikayətçi tərəfindən qeyd olunan protokolun ləğv edilməsi xahiş edilmiş, habelə inzibati xəta haqqında qərar şikayətə əlavə edilməmişdir. Bundan başqa Rəmzi İslamov mübahisələndirilən həmin protokol əsasında cərimə balının silinməsi barədə iddia ərizəsi ilə müraciət edərək, ərizənin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır, 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X3 tərəfindən verilmiş ərizə geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X3 tərəfindən ləğv edilməsi nəzərdə tutulmuş xx.xx.2025-ci il tarixli, EQ 25874480 saylı inzibati tənbeh vermə haqqında protokolun və qanunsuz olaraq yazılmış cərimə balının silinməsinə dair verilən ərizə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə sonuncuya qaytarılmalı və qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25874480 saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə verilmiş ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ X2 izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-959/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-959/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver