Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-96/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-ci ildə Şabran rayonu, Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, ali hərbi təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi/şəh ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Abşeron Rayon Polis İdarəsindən daxil olmuş X3 protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmələrinə dair 27 dekabr 2024-cü il tarixli MN № ******* saylı X3 Protokol tərtib edilərək baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. X3 Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar Kollecin yanında yerləşən kioskda satılması qadağan olunmuş malların (pirotexniki vasitələrin) satışı ilə məşğul olmuşdur. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar Kollecin yanında yerləşən kioskda pirotexniki vasitələrin satışını həyata keçirmişdir. Pirotexniki vasitələri Sədərək ticarət mərkəzindən almışdır. Bir daha satışı qadağan olunmuş malların satışı ilə məşğul olmayacağını və Azərbaycan Respublikasının qanunlarına tabe olacağını bildirdi. Sonda məhkəmədən törətdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə inzibati xəta törətdiyini nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Abşeron Rayon Polis İdarəsi (nümayəndə) məhkəməyə gəlməmişdir. Məhkəmə İnzibati Xəta X1 Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 işin materiallarını yoxlayıb, X3 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X3 icraat aparılan şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Pərviz Babakişiyev və Nicat Cəlilli tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 17:40 radələrində Xırdalan şəhərində piyada xidmət apardıqları zaman Humanitar Kollecdən biraz irəlidə yerləşən kiskda 1 nəfər şəxsin pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu görüb, ona yaxınlaşmış, özlərini təqdim etmiş, onu Abşeron RPİ-nə gətirərək NİH-yə təhvil vermişlər. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs xx.xx.2024-ci il tarixli izahatından görünür ki, o xx.xx.2024-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar Kollecin yanında yerləşən kioskda satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib əməlindən peşman olduğunu bildirmişdir. 27 dekabr 2024-cü il tarixli MN № ******* saylı X3 Protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar Kollecin yanında yerləşən kioskda satılması qadağan olunmuş malların (pirotexniki vasitələrin) satdığına görə Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:..9. Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.3-cü maddəsinə görə Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə görə İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində X3 protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X3 protokol, özünün izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 442-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə aşağı həddə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən X3 işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib pirotexniki məmulatlar müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-96/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-96/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver