Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-960/2020 17.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Abşeron rayonu Polis idarəsinin polis mayoru X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayonu Polis idarəsinin polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 09.30 radələrində etibarnamə əsasında idarə etdiyi **- LX-*** dövlət qeydiyyat nişanlı “Wolksvagen Tuareg” minik markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsindən baş yolda olan Saray qəsəbəsi G.M.Əsədov küçəsinə çıxarkən avtomobilində nasazlıq yaranmış, o da məcburi dayanmalı olmuşdur. Həmin vaxt boş yolda Saray qəsəbəsi, G.M.Əsədov küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi **-ME-*** dövlət qeydiyyat nişanlı “Pajero İO” markalı avtomobili ona çatmağa az qalmış sağa tərəf yolun kənarına çıxıb əvvəlcə yolun ehtiyat hissəsində olan elektrik və rabitə xətləri dirəklərinə, sonra isə **-AC-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD” yük markalı avtomaşına dəyib dayanmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, **-LX-*** dövlət qeydiyyat nişanlı “Wolksvagen Tuareg” minik markalı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2020-ci il tarixdə, saat 09.30 radələrində idarə etdiyi avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsindən baş yolda olan Saray qəsəbəsi G.M.Əsədov küçəsinə çıxarkən avtomobilində nasazlıq yaranmış, o da məcburi dayanmalı olmuşdur. O, yenidən avtomobili işə salmaq istəyən zaman Saray postu istiqamətindən **-ME-*** dövlət qeydiyyat nişanlı “Pajero İO” markalı avtomobilin sürətlə gəldiyini görmüş və ona çatmağa az qalmış sağa tərəf yolun kənarına çıxıb əvvəlcə yolun ehtiyat hissəsində olan elektrik və rabitə xətləri dirəklərinə, sonra isə **-AC-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD” yük maraklı avtomaşına dəyib dayanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 3019 nömrəli aktından görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 1076 saylı rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər–təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol qaşüstü nahiyənin sıyrığı, sol yanaq nahiyəsinin, sol bazunun və sağ diz oynağı nahiyəsinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomobilin qəzaya uğraması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, Abşeron rayonu Polis İdərəsinin polis mayoru X1 xx.xx.2020-ci il tarixli, İXP № ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını və ailədə yeganə qazanc əldə edən şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündəinzibatitənbeh tədbiritətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi barədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilməsi hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-960/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-960/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver