Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-960/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, X1 iştirakı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 16/1-42569 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, barəsində tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixində EQ24357684 nömrəli qanunsuz inzibati xəta haqqında protokol/elektron qərar qəbul edilmişdir. İXM-nin tələbləri kobud şəkildə pozulmaqla tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati xəta haqqında protokoldan/elektron qərardan Abşeron rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla həmin Məcəllənin 346.1-ci maddəsi ilə qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən barəsində qanunsuz qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılmış və iş üzrə xx.xx.2025-ci il tarixli, 3(012)-291/2025 saylı qərar qəbul edilərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsi (hakim Abusət Qasımov) tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3(012)-291/2025 saylı məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, "....Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən 26 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin sonuncunun həmin qərarla Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki araşdırılmamış və inzibati tənbeh vermə haqqmda qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqmda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə inzibati xəta kimi müəyyən edilmiş maddənin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz". Abşeron rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3(012)- 291/2025 nömrəli məhkəmə qərarı icra olunması üçün xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli elektron qərarı qəbul etmiş DİN-nin Baş X10 İdarəsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)- 291/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı xx.xx.2025ci il tarixində qəbul edilməsinə və həmin qərar qanunvericiliyin tələbinə uyğun olaraq icra edilməsi üçün DİN-nin Baş X10 İdarəsinə xx.xx.2025-ci il tarixində göndərilməsinə baxmayaraq, DİN-nin Baş X10 İdarəsi Azərbaycan Respublikası İXM-nin tələblərini kobud şəkildə pozmaqla Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-291/2025 nömrəli qərarma uzun müddət keçdikdən sonra baxmış və nəticədə xx.xx.2025-ci il tarixində 16/1-42569 nömrəli yeni inzibati xəta haqqmda iş üzrə qərar qəbul etmişdir. Həmin inzibati xəta haqqında iş üzrə qərarla barəsində yenidən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində qanunsuz və əsassız inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-291/2025 nömrəli qərarma baxaraq yenidən barəsində İXM-nin 346.1-ci maddəsi ilə qanunsuz və əsassız xx.xx.2025-ci il tarixli, 16/1-42569 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edən zaman İXM ilə müəyyən edilmiş qaydada DİN-nin Baş X10 İdarəsi tərəfindən yenidən araşdırma aparılmamış, belə ki, İXM-nin tələbləri kobud şəkildə pozulmaqla sözügedən inzibati xəta haqqmda iş üzrə obyektiv və ədalətli araşdırmanın təmin edilməsi üçün yenə də inzibati orqana dəvət edilməmiş, onun iştirakı ilə "inzibati orqan tərəfindən onun inzibati xəta haqqında pozuntuya yol verdiyi güman edilən" inzibati xəta hadisəsi ilə bağlı görüntülərə (foto və video görüntülərə), eləcə də inzibati xəta haqqmda iş üzrə digər materiallara baxılmadan birtərəfli qaydada sözügedən qanunsuz qərar (xx.xx.2025-ci il tarixli, 16/1-42569 nömrəli) qəbul edilmişdir. DİN-nin Baş X10 İdarəsi tərəfindən barəsində qanunsuz EQ24357684 nömrəli elektron qərar edildiyi xx.xx.2024-cü il tarixindən bugünədək tərəfindən törədildiyi güman edilən, amma bugunədək sübuta yetirilə bilməyən inzibati xətanın nə foto, nə də ki, video görüntüləri nə ona , nə də ki, məhkəməyə təqdim edilə bilməmişdir. Bundan əlavə, o dəfələrlə DİN-nin Baş X10 İdarəsindən EQ24357684 nömrəli elektron qərarın qeydə alınması ilə bağlı video görüntünün ona edilməsini və ya iştirakı ilə həmin görüntüyə (əgər varsa) baxılmasını tələb etsə bügünədək həmin müraciət nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İXMnin 122.8-ci maddəsinin birmənalı tələbinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın alınmasının texnologiyası əyani səkildə göstərilməlidir. Əlavə olaraq Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-291/2025 nömrəli qərarı ilə ləğv edilmiş EQ24357684 nömrəli elektron qərar üzrə DİN-nin Baş X10 İdarəsi tərfindən yenidən xx.xx.2025-ci il tarixində qəbul edilmiş 16/1-42569 nömrəli qərar İXM-nin tələbləri kobud şəkildə pozulmaqla xx.xx.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinin birmənalı tələbinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqmda elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, yuxarıda qeyd etdiklərimdən bir daha aydm olur ki, DİN-nin Baş X10 İdarəsi tərəfindən barəmdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli elektron qərar, eləcə də həmin qərar Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-291/2025 saylı qərarı ilə ləğv edildikdən sonra DİN-nin Baş X10 İdarəsi tərəfindən yenidən barəmdə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-42569 nömrəli inzibati xəta haqqmda iş üzrə qərar tamamilə qanunsuzdur, beləliklə də, Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-42569 nömrəli inzibati xəta haqqmda iş üzrə qərarı ləğv edilərək həmin iş üzrə icraata xitam verilməlidir. İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqmda iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqmda qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qeyd etmək istəyirəm ki, DİN-nin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-42569 nömrəli inzibati xəta haqqmda iş üzrə qərarı mənim mailto:vekil.faigkazimov@gmail.comElektron ünvan e-mail ünvanıma xx.xx.2025-ci il tarixində göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-42569 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməklə, həmin inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş AR DİN Baş X10 İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, qərardan şikayət verən şəxsi dinləyərək, inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, 16/1-42569 saylı inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim fotoşəkillərə baxılarkən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilməmişdir. Belə ki, fotoşəkildə X4 idarə etdiyi “Hyundaı Elantra” ağ rəngli, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin qanunvericiliyin bu tələbinə, həmçinin Abşeron Rayon Məhkəməsinin 3(012)-291/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qaytarılması barədə qərar qəbul etmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X3 hüquqlarının təmin edilməməsi, mötəbər sübutlara əsaslanmadan qərar qəbul edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların (videogörüntülərin) təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına əsaslı şübhələr yaradır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1- 42569 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, X3 təqsirliliyi sübut edilməmiş, X3 təqsirliliyini sübut edəcək müvafiq dəlillər məhkəməyə təqdim edilməmiş, həmçinin sonuncunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında mövcud olan qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-42569 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(012)-960/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-960/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver