Məhkəmə qərarları › İş №3(012)-965/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-965/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-965/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən 17 iyun 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və material 17 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında material nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, təqdim olunmuş protokol və materiala baxılarkən inzibati xəta törədən şəxs təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin DYPŞ-nin BDAU-nun polis mayoru X1 ərizə təqdim edərək Şəxs barəsində tərtib olunmuş İXP ******* nörəli protokolun ona qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs təqdim olunmadığı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ərizəsi olduğu üçün inzibati xəta haqqında material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar