Məhkəmə qərarları › İş №3(012)-965/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-965/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-965/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron rayon Polis İdarəsi tərəfindən tərəfindən tərtib olunmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 327.3 və 333.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 327.3 və 333.1-ci maddələri ilə inzibati xəta törədilməsi barədə İXP5427742 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Abşeron DYP YPX inspektoru Cəsarət Məhərrəmov tərəfindən tərtib olunmuş İXP5427742 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyi üçün material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Abşeron DYP YPX inspektoru Cəsarət Məhərrəmov tərəfindən Şəxs barəsində tərtib edilmiş İXP5427742 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda şəxsin barəsində məlumatlar tam qeyd edilməmiş, nəqliyyat vasitəsini sərxoş halda idarə edilməsi qeyd edilsə də, həkim rəyi sübut olaraq protokola əlavə edilməmişdir.Göründüyü kimi inzibati xəta haqqında iş natamam şəkildə məhkəməyə təqdim olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron DYP YPX inspektoru Cəsarət Məhərrəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 327.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar